Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cennet Quşu

Nigar Qardələn

Cennet Quşu Sözleri ve Alıntıları

Cennet Quşu sözleri ve alıntılarını, Cennet Quşu kitap alıntılarını, Cennet Quşu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əlinin dəydiyi yer də yanırdı. Ehtirasın atəşindən daha bərk yandıran bir şey varsa, yəqin ki, cəhənnəm atəşidir yalnız, o da dəli kimi sevib qovuşa bilməyənlərin atəşinə sadəcə su olar. Birazdan o da hadisənin şokundan çıxıb dodaqları ilə dodaqlarımın arasındakı məsafənin bir baxış qədər olduğunu gördü. Geri çəkildi...
Ağ atlı şahzadəsi, nəhayət ki, gəlmişdi. Çox gec də olsa, gəlmişdi... Həyat nağıl deyil. Gecikənləri əfv etmir. Tək bir saniyəni belə insana bağışlamır. İndi bu şahzadə məzarı öpsə də, göz yaşı ilə sulasa da, yatmış gözəli oyada bilməz.
Reklam
Bəzən özümü sonsuzluğa yelkən açmış sonlu bir gəmidə hiss edirəm. Səyahət vaxtı onun bir parçası imişəm kimi hissə də qapılıram. Gah özünü kapitana əmanət edən sərnişin, gah istiqamətini itirməkdən qorxan kapitan, gah da gəmiyə yön verən yelkən oluram.
Özünü sevməyən, həyatının mərkəzinə özünü qoymayan insan başqasına da belə bir lütf edə bilməz. Axı hiss etmədəyimiz, tanımadığımız duyğunu başqalarına necə verə bilərik.
Məncə, təbiət yazda deyil, qışda doğulur. Uşaqlar necə həyata ağ vərəq kimi gəlirsə, təbiət də öz günahsızlığına, uşaqlığına qışda qayıdır, ta ki o tər-təmiz bəyazlığı biri öz çirkli qədəmləri ilə tapdalayana qədər.
Reklam
Otağa çökən səssizliyin hər kəsə nə demək istədiyi məlum idi. Bu mənzərə yad deyildi, hamı sükut içində ölümün bu yaşlı qadın üçün nə vaxt gələcəyini gözləyirdi. Xəstəlikdən və ağrılardan güc-bəla ilə açılan gözləri divardakı köhnə saata zillənmişdi. Bu baxışlar çox şey deyirdi, artıq o da ölümünü qəbullanmışdı.
“Məndən nifrət edənlərə nifrət etməyə vaxtım yoxdur. Çünki mən mənə dəyər verənləri sevməklə məşğulam”. Qabriel Qarsiya Markes
Bayaqdan bəri başının üstündə gözətçi kimi dayanan hər kəs artıq oralarda yox idi. Nə yalandan ağlayan vardı, nə də bu məzarı bütləşdirib arabir ziyarətə gələcək olan qohumlar. İndi bir məzar vardı, bir də içində əbədiyyətə kimi yatan Xanım Süleymanova.
Şam ağaclarının əhatəsində balaca, amma şirin bir restorana gəldik. Restoranın sahibləri olduqca sevgi dolu nənə və baba idi. Fəhmin bəyin dediyinə görə, Allah onlara uşaq nəsib etməyib. Mənsə, belə düşünmürdüm. Onların körpələri sevgilərinin özü idi. İllərin insafsızlığından qoruyub bu günə gətirdikləri sevgiləri.
117 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.