Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Cəhənnəm

İsa Muğanna

Sözler ve Alıntılar

Tümünü Gör
"Cəhənnəm" deyilən yer doğrudan da varmı, ya yoxdur? Varsa, ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daimi əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub? Və ya cəhənnəm yoxdursa, bir para adamın dediyi kimi, insanı bəd əməldən çəkindirmək, qorxutmaq üçün Din uydurmasıdır. Elə isə bir ağıllı və məntiqi sual da doğur ki, əgər bu "qır qazan"lı, "Odabaşı"lı dəhşət həqiqətən uydurulmuş yalandırsa, "Mif"dirsə artıq iyirmi birinci əsrə qədəm qoymuş "sivilizasiya"lı bəşəriyyətdə bircə nəfər alim-filan tapılmayıb ki, "Cəhənnəm”in doğrudan da varlığını və ya "mif"liyini sübut etsin?! Bu qəbildən sual axtarsan yenə tapılar. Mən isə,Cəhənnəmin varlığı, yoxluğu və s. suallar üzərində düşünməkdən canımı çoxdan qurtarmışam və birbaşa deyirəm, var Cəhənnəm! Vaxtilə mərhum Muğannalardan eşitdiyim, sonra özümün, necə deyərlər, öz gözümlə gördüyüm əzab-işgəncə məkanını bütün təfsilatı ilə yazmağa hazıram... Və yazıram, oxuyun. Şübhə yoxdur ki, Cəhənnəm haqqında həqiqət hamıya lazımdır...
Reklam
Yer üzündə elə bütün hökmdarlar qaniçən olublar.
Sayfa 173Kitabı okudu
Yer övladları, son gününüzü, üzünüzdə son ifadəni təsəvvür edə bilərsinizmi? Dərk edirsinizmi, niyə belə olursunuz, ey cəhənnəmi içərilərində olanlar?!
Hədəf NəşrləriKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.