Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Çınar Ömrü

Rəsul Rza

Sözler ve Alıntılar

Tümünü Gör
O Gecə
Gecədir. Kimsə yox. Bir sən, birdə mən. Zülmət asılmışdır pəncərələrdən, Otağımda sükut, göylərdən dərin. Bir mənəm, bir sükut, bir də gözlərin.
Sayfa 174Kitabı okudu
Sevgilim: Bəlkə, bütün ötüb keçən günlər ən gözəl günün müqəddiməsi imiş. Bəlkə də bu nigaranlıq, bu incimələr məhəbbətin sınağı sədaqətin səsi imiş.
Reklam
Çarli! Böyük ürəkli balaca adam. Sənsiz kor qızların taleyi necə olacaq. Yenə də dünyada qızıl qızdırması var axı daha qaynar, daha amansız. Sən mübarizə meydanında gülüşünü döyüşə hazır qoydun ən qorxulu silah kimi. Özün necə vaxtsız getdin, necə zamansız.
“Kor qızlar” Çaplinin “Böyük şəhərin işıqları” filmində kor qıza, “qızıl qızdırması” Çaplinin eyni adlı filminə işarədir.Kitabı okudu
Dedin: – Neyləyək, vaxtı öldürək? Gün uzun, gecə uzundur! Düşünmədin, boş keçən anlar da möhnəti bilinməyən ömür yolumuzundur. Yol qurtarar, bircə an dayansa ürək. Nə rəvadır, vaxt bizi yaşadırkən, biz vaxtı öldürək?!
Nə qumlarda dəvə ləpirləri... Nə havada zınqırov səsləri... Köçümüz indi rezinli təkərləri saniyədə yüz dəfə hərlənən maşınların üstündədir.
Könlüm nəğməli neydir. Dilim dolu gileydir. Öldürdü nazın məni. İnsaf da yaxşı şeydir.
Reklam
Kimi mən itirdim? Kim itirdi məni? Tapmıram soruşam, Tapmıram səni. Gecələrin birindəsən; Qupquru gözlərinlə, Yaşarmış sözlərinlə Gecələrin birində yox oldun. Var idin ki, yox oldun. Yox yox olarmı? Üç gecədir Axtarıram yuxularımı. Ümidimi itirməmişəm, Axtaracağam səni Nə qədər ki, sağam Səninçin ölməyəcəyəm, yox. Ölməmiş, səni tapacağam..
Sayfa 23
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.