Çətin Olsa da, Həyat Davam Edir

Rövşen Abdullaoğlu

En Eski Çətin Olsa da, Həyat Davam Edir Gönderileri

En Eski Çətin Olsa da, Həyat Davam Edir kitaplarını, en eski Çətin Olsa da, Həyat Davam Edir sözleri ve alıntılarını, en eski Çətin Olsa da, Həyat Davam Edir yazarlarını, en eski Çətin Olsa da, Həyat Davam Edir yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həyətda optimist olaraq həyətımızı gözəlləşdirə bilərik."Hər çirkinliyin belə gözəl bir tərəfi var,ilk olaraq,o gözəlliyə diqqət etmək, həyatda hər şeyə yaxşı tərəfindən yanaşmaq lazımdır".Çalışın ki,həyətda işlərin yaxşı tərəfini görmək adəti formalaşdırın.Unutmayın ki, bütün hadisələr müqayisə nəticəsində pis və yaxşı olurlar.Bilin ki,başınıza gələn ən pis hesab etdiyiniz işin belə dərinliyində yüzlərlə fayda və yaxşılıq gizlidir.Sadəcə ,onları görmək lazımdır. PİTER DANİELS kitablarının birində belə yazır: Məsələn,kimsə deyəndə :"Bu gün çox bərbad hava var,elə deyilmi?", belə cavab verin:"Bu, bəzi insanlara evdə qalaraq vacib işləri tamamlamağa imkan verəcək".
"Həqiqi gözütox, dünyadan və maddiyatdan uzaq olan insanın necə olmasını Allah bu ayədə iki cümlə ilə ifadə etmişdir: "Əlinizdən çıxana kədərlənməmək və sizə verilənə sevinməmək". Hədid surəsi,ayə 23. Əli ibn Əbu Talib
Reklam
İnsan nəyi necə görmək istəyirsə,elə də görəcək.Yəni kimi gülün tikanı görür ,kimi isə ləçəyini.
Çətinliklərin həyatımızdan getməsini istəməklə əslində onlarla bərabər xoş günlərin də getməsini istəmiş oluruq.Gözəl bir qızılgül dərmək istəyənin onun tikanları ilə qarşılaşması təbiidir.Tikansız qızılgül istəyən gülün özündən məhrum olacaq.
İnsanın özü düz olduğu halda,kölgəsinin əyriliyinin ona heç bir zərəri yoxdur. Haqlı olduğun halda , bütün insanlar "sən səhvsən"desələr də,bu, həqiqəti dəyişməz və sən səhv olmazsan və ya əksinə ,əgər sən səhv olduğun halda, bütün insanlar "sən düzsən"desələr də,bu,yenə də həqiqəti dəyişməz və sən dönüb düz olmazsan. Həqiqət sabit bit məfhumdur.İnsanların fikri və istəkləri ilə dəyişməz.
Çətinliklər yalnız tənbəl insanların uydurduqları bir nağıldır və hər bir insan yaradılışın ona verdiyi batini güclə ən yüksək zirvələri istənilən şəraitdə fəth edə bilər.
Reklam
"Biz Sənə şükür etdiyimiz,şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda,Sən orada(yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?" Bəqərə surəsi,ayə 30 "Mən bildiyim şeyi siz bilmərsiniz!" "Mən onu (bədən hissəsini) tamamlayıb Öz ruhumdan üfürəcəyəm..." Sad surəsi,ayə 72. "Sonra da ona (insana) çirkinlikləri və yaxşılıqları öyrətdi". Şəms surəsi,ayə 8. İnsan iki zidd hissədən ( biri dünyaya aid olan maddi bədən və mücərrəd aləmə məxsus olan qeyri-maddi ruh hissəsi.) ibarət olduğuna görə,biri onu çirkinliklərə çəkməkdə, digər isə gözəlliklərə sövq etməkdədir. Mənfi fikirlər cismimizdən, müsbət fikirlər isə ruhumuzdan qaynaqlanar.
272 syf.
10/10 puan verdi
Çətin Olsa da, Həyat Davam Edir
Həyatda çətin heç bir şey yoxdur. Sadəcə, biz özümüz çətinik. Həyat çox sadədir və onda daha asan olan daha doğrudur. (Oskar Uayld)
Çətin Olsa da, Həyat Davam Edir
Çətin Olsa da, Həyat Davam Edir
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Çətin Olsa da, Həyat Davam Edir
Çətin Olsa da, Həyat Davam EdirRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016654 okunma
Digərlərini bağışlayın, çünki bu, insanın izzət və şərəfini artırar. Məhəmməd Peyğəmbər
Haqlı olduğun halda, bütün insanlar"sən səhvsən" desələr də,bu, həqiqəti dəyişməz və sən səhv olmazsan.Əgər səhv olduğun halda, bütün insanlar"sən düzssən"desələr də, bu,yenə də həqiqəti dəyişməz və sən dönüb düz olmazsan.
833 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.