Dahi Quotes

You can find Dahi quotes, Dahi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bəlkə də, sevir? Ən dəhşətli, ən ümidsiz, ən öldürücü və amansız olan da bu şübhə idi.
O heç bir zaman bilməyəcək ki, mən onu sevirəm... Hər ikisi də məhəbbət arzusunda idi.Hər ikisi onu rədd etdilər. Hər ikisi itirilmiş gözəlliyin xəyalını ürəklərinin dərinliyində gizlətdilər.
Reklam
"Şərin ancaq ona inananlar üzərində hökmranlığı vardır, lakin özünü ilahi ideyanın kamil və sarsılmaz inikası hesab edənlər üçün onun heç bir əhəmiyyəti və mənası yoxdur. Tanrı prinsipdir, insan isə onun ayrılmaz hissəsidir, elə ki, bunu özünə aydınlaşdırdın, şər pis yuxu kimi yox olub gedər, əslində o elə pis yuxudur da. Şər, hər bir reallıqdan məhrumdur".
"Yucin əllərini qıza uzatdı, Süzanna onun boynuna atıldı, lakin dünyada heç bir qüvvə onun qəti şübhələrini dağıda bilmədi. Bu şübhələr Yucindəki bütün sevinci alırdı, sanki yuxu zamanı ağuşunda kamil bir xilqət saxladığını görmüş, ayılarkən isə boşluğu qucaqladığını aşkar etmişdi."
Sayfa 591Kitabı okudu
"Oh, taleyin öldürücü oxlarında nə qədər zəhər varmış!"
Sayfa 596Kitabı okudu
"Bu otağın divarları onun fərəhsiz bir vaqeəsinin şahidi oldu. Bu vaqeə həyatı alt-üst olmuş, hisslərində, təsəvvürlərində, meyillərində və qavrayışında qarma-qarışıqlıq hökm sürən, taleyin zərbəsi altına düşərək ən müdhiş ümidsizlik, məyusluq keçirən adamın vaqeəsi idi."
Sayfa 594Kitabı okudu
Reklam
"Bu, gərgin, təhlükəli və mürəkkəb həyat idi. Bu həyatda dinclik yox idi, çünki xəyanətdə dinclik və səadət olmur".
İnsanın qiyməti elə özünə verdiyi qiymətdir. Çünki əsas insanın həqiqətdə nə cür olduğu deyil, özünü nə cür təsəvvür etdiyidir.
Sayfa 259Kitabı okudu
O, daxilində həmişə belə hesab edirdi ki, həyat hər cür şablon nəzəriyyədən, yaxud durulmuş olan həyat tərzindən daha zəngin, daha mürəkkəb və müəmmalıdır.
Sayfa 135Kitabı okudu
Məgər biz zövq almaq üçün deyil, özümüzə məzəmmətlərlə əziyyət vermək üçün yaşayırıq?
Reklam
Allah - prinsipdir, bizim hisslərimiz tərəfindən qavranılan şəxsiyyət deyil. İnsan isə onun surəti və eyniyyətidir. Buna görə də, insan uyğunluq və hər cür kamillik mücəssəməsidir. Bütün bunlar metafizikaya mail olmayan adamlar üçün hər mənadan məhrumdur.
Sayfa 795Kitabı okudu
Dünya necə geniş, biz isə necə əhəmiyyətsizik!
Sayfa 187Kitabı okudu
Elə isə kainatın mürəkkəb mexanizmi və onun sirləri kimin üçündür?
Sayfa 140Kitabı okudu
"Hələ cavan və sağlam ikən özünü gənc duymaq və bəşəri məhəbbət hiss etmək – bu nə gözəl xəyaldır!"
Sayfa 256Kitabı okudu
448 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.