1998-ci ilin yazında, bir cümə günü Şimali Dakota ştatında Ceraldin adlı bir hindu qadın təcavüzə uğrayır. Bu hücumun təfərrüatlarının üzə çıxması xeyli çəkir, çünki ağır travma almış Ceraldin nə polisə, nə əri Bezilə, nə də on üç yaşlı oğlu Coya bir kəlmə danışır.
Bir gündə həyatı alt-üst olmuş Co anasının psixi vəziyyətinin yaxşılaşması üçün əlindən gələni edir. Lakin Ceraldin hələ də yataqdan qalxa bilmir, tənhalıq quyusunda təkbaşına çabalayır. Co qəfildən özünü heç vaxt hazır olmadığı böyüklər dünyasında görür.
Atası qəbilə rəisidir və ədalətsizliyin hökm sürdüyü mühitdə belə ədalətin bərqərar olması üçün mübarizə aparır. Conun isə rəsmi araşdırmanın nəticəsini gözləməyə səbri çatmır, ona görə də anasına kimin hücum etdiyini öyrənmək üçün dostları Kappi, Zak və Angus ilə birlikdə özü araşdırma aparmağa qərar verir. Axtarış əvvəlcə onları Ocibve qəbiləsinin dua yeri olan müqəddəs yerə, Dairəvi evə aparır. Əsl hekayə də burada başlayır.
Yerli amerikalılardan bəhs edən qəhrəmanları ilə çağımızın ən hörmətli yazıçılarından sayılan Luiza Erdriç Pulitzer mükafatının finalçısı olan " Göyərçin vəbası" əsərindən sonra oxucuları yenə də Şimali Dakotadakı Ocibve torpaqlarına aparır.