Övladınızı rəsmlərlə tanıyın

Danışan Şəkillər

Nərmin Rəhimli
Tahmini Okuma Süresi:
3 sa. 38 dk.
Sayfa Sayısı:
128
Yayınevi:
Libra kitab
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Övladınızı rəmslərlə tanıyın
10/10
·128 syf.··
Beğendi
·
2021 18. kitabı
Mən rəsm analizi ilə bağlı kitab axtarırdım. Əslində türk dilində bu mövzuda yazılan kitab sayı çoxdur. Mən isə azərbaycan dilində axtarırdım. Sonunda tapıb iyul ayının 27-də oxuyub bitirdim. İlk başlanğıc üçün çox mükəmməl kitabdır. Əgər bu sahədə daha geniş məlumatlar əldə etmək istəyirsizsə mütləq digər müəllifləri də araşdırın. Bu kitabın içində sizə praktiki işlər də verilib. Mövzularla necə işləmək lazım olduğunuda izah edir. Uşaqların çəkdiyi şəkillər onların daxili aləmindən, duyğu-düşüncələrindən xəbər verir. Uşaqlar sözlə deyə bilmədiklərini rənglərlə ifadə edirlər. Uşaqların şəkil çəkərkən seçdiyi rənglər, çəkdiyi cizgilər bizə nə deyir? Şəkillərdəki detallar nədən xəbər verir? Uşağın hansı problemi var? Bəlkə, valideynlər onunla düzgün davranmır? Bəlkə, məktəbdə onunla kobud rəftar edirlər? Bu kitab boyu real şəkillər və izahlar vasitəsilə yuxarıdakı suallara cavab axtarılır. Ölkəmizdə ilk dəfə uşaq şəkilləri mövzusunda yazılan bu kitab əsasən valideynlər, müəllimlər, müvafiq ixtisasın tələbələri və uşaqlarla işləyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Danışan ŞəkillərNərmin Rəhimli · Libra kitab · 05 okunma
Reklam

Yazar Hakkında

Nərmin RəhimliYazar · 1 kitap
Nərmin Rəhimli Masallı rayonunda anadan olmuşdur. Bakı şəhəri Aslan Ağaverdiyev adına tam orta məktəbdə təhsil almışdır. Orta mək­­təbi uğurla bitirərək 2011-2015-ci illərdə Türkiyənin Anadolu Universitesi Eğitim Fakultesi Psikolojik Danışmanlık ve Rehberlik ixtisasında təhsil almışdır. 2017-2018-ci illərdə "Tohum Otizm Vakfı"nda Tətbiqi Davranış Analizi təlimi almışdır. Good Enough Harris testi (çocuk resimleri değerlendirilmesi), Peabody resim kelime eşleştirme testi (2015), Kent E.G.Y testi (2015), British Council: Positiv Behaviour Management under İnclusive Decisions for Equal and Accountable Society (2015), II Международная конференция: Прикладной анализ поведения: теория и практика (2016), RusABA: Как АВА поможет нам подготовить детей и подростков к успешной жизни в школьном и других сообществах / Мастер – класс (2016), Albert Ellis Institute: Effective REBT & CBT Strategies for Working with School-Age Children, American Psychological Association (APA) (2017), Albert Ellis Institute: REBT & CBT Interventions, Case Conceptualizations &Treatment Strategies for Depresion for Children, American Psychological Association (APA) (2017), PCDI Erken Özel Eğitim Modeli başlangıç düzeyi uygulayıcı sertifika programı (2017), Birgə və sağlam İ.B və Tohum Otizm Vakfı: Otizmli Çocuklar için Öğretim Programı Geliştirme ve Etkinlik Çizelgeleri Planlama(2017), Denver II Gelişim Testi uygulayıcı sertifika programı (2018), Wisc-R zəka testi (2016) kimi bir çox təlim, konfrans və seminarlarda iştirak etmişdir. 2016-2017-ci illərdə PM Akademiyasında uşaq psixoloqu işləmişdir. 2015-cı ildən etibarən “Birgə və Sağlam” ictimai birliyinin reabilitasiya mərkəzində autizm sindromlu uşaqlarla işləyir, eyni zamanda təhsil işləri üzrə direktor müavini vəzifəsində çalışır.