Fransız yazıçısı Andre Moruanın (1885-1967) əsərinin adına müvafiq adlandırılan “Ədəbi portretlər” kitabında müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin bioqrafiyasının konkret dövründən və ya ayrıca götürülmüş əsərindən bəhs olunur. Kitab 19 əsr əvvəl yaşamış filosof-imperator Mark Avrelinin “Düşüncələr” əsəri ilə başlayır və müasir yazıçı Ameli Notombun “Sulfat turşusu” romanı haqqında qeydlərlə tamamlanır. Bəzi müəlliflər (Qabriele D`Annuntsio, Karl Kraus, Kurtsio Malaparte, Ernesto Kardenal və b.) barədə Azərbaycan dilində ilk dəfə bu kitabda yazılmışdır.