Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Deyirdim ki, Bu Quruluş Dağılacaq

Ebulfez Elçibey

Deyirdim ki, Bu Quruluş Dağılacaq Sözleri ve Alıntıları

Deyirdim ki, Bu Quruluş Dağılacaq sözleri ve alıntılarını, Deyirdim ki, Bu Quruluş Dağılacaq kitap alıntılarını, Deyirdim ki, Bu Quruluş Dağılacaq en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mütləq!
Məmmədəmin Rəsulzadəni, görünür, biz təzədən öyrənməliyik, özü də dərindən, təhlil edə-edə öyrənməliyik.
Türklüyün özünü dərk etmək üçün bir neçə ocaq yox ha, bir neçə cəmiyyət yox ha, bizim ömrümüz yox ha, bir neçə nəslin ömrü lazım olacaq.
Reklam
Köhnə dostunla düşmənçilik eləmək, çox pis çıxmasın, üzr istəyirəm, xörək yediyin qaba sonra tüpürməkdir.
Bəy, nə gözəl dedin..
Bilirsinizmi, bizim Azərbaycanda, cəmiyyətdə pis bir xasiyyət var - biz adamla bitərəf qala bilmirik; ya gərək dost olaq, ya da düşmən. Bu cür düz deyil. Mənimlə dost olub, sonra elə qəddar düşmən kəsilir ki, erməni də yaddan çıxır, rus da yaddan çıxır, özününkü düşmən olur. Yəni dost olandan sonra düşmən olmaq qədər pis şey yoxdur, ən qorxulu düşmən odur.
Mənim taleyimdə iki varlıq həmişə ziddiyyət təşkil edib: anam və xalq. Çox vaxt fikirləşmişəm ki, onlardan hansını hansına dəyişmək olar? Heç vaxt da bu suala cavab tapa bilməmişəm. Elə vaxt olub ki, hirslənmişəm, demişəm ki, ana da, hamı da əqidəyə qurban getməlidir, sonra fikirləşmişəm ki, yox, ana məsələsi çox ağırdır; yəni uşağı, ailəni, qardaşı, hamını qurban vermək olar (bəlkə başqası üçün uşaq olmaz, qardaş olmaz), təkcə anadan savayı.
Dərsliklərdə yazılırdı ki, müstəmləkə o ölkədir ki, dərslər başqa dildə keçirilir, milləti öz dilini inkişaf etdirməyə qoymurlar və s.
Reklam
Kırmızı Çizgi
əgər o, millətə düşməndirse heç vaxt bağışlanılmayacaq, onunla heç vaxt dostluq yapmaq olmaz.
Əgər elm, maarif yoxdursa, azadlıq da boş şeydir, çünki o azadlıq sonradan cahilliyə, cəmiyyət isə insanlar yığınına çevriləcək, çürüyüb, dağılıb gedəcək. Bütün cəmiyyətləri saflaşdıran həmişə ardıcıl olaraq dəyişilən, yaxud inkişafda, dinamik hərəkətdə olan maariflə elmdir. Bunlar olmasa qalan şeylər heç bir nəticə verməyəcək.
Ozan Geleneğinin Önemi
Mən həmişə deyirəm ki, böyük ozan bir akademiya deməkdir, çünki o həm musiqi tərbiyəsi verir, hem tarixi yaşadır, həm də adamlara söhbəti, danışığı, nitqi çatdırır.
Üçüncüsü, rus dilinin assimilyator rolu oynaması. Biri var dil ünsiyyət vasitəsi kimi - ingilis dili, ərəb dili kimi, onu bütün xalq öyrənir. Mənə deyirdilər ki, sən rus dilinə qarşı çıxmısan, bəs nə üçün özün rus dilini, ərəb dilini bilirsən? Cavab verirdim ki, elə deyil - dili öyrənmək gərəkdir; kim nə qədər bacarırsa dil öyrənsin, ancaq rus dilinin bəlası bundadır ki, ondan müstəmləkə aləti kimi istifadə olunur.
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.