Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Deyirdim ki, Bu Quruluş Dağılacaq

Ebulfez Elçibey

Sözler ve Alıntılar

Tümünü Gör
Mütləq!
Məmmədəmin Rəsulzadəni, görünür, biz təzədən öyrənməliyik, özü də dərindən, təhlil edə-edə öyrənməliyik.
Türklüyün özünü dərk etmək üçün bir neçə ocaq yox ha, bir neçə cəmiyyət yox ha, bizim ömrümüz yox ha, bir neçə nəslin ömrü lazım olacaq.
Reklam
Köhnə dostunla düşmənçilik eləmək, çox pis çıxmasın, üzr istəyirəm, xörək yediyin qaba sonra tüpürməkdir.
Bəy, nə gözəl dedin..
Bilirsinizmi, bizim Azərbaycanda, cəmiyyətdə pis bir xasiyyət var - biz adamla bitərəf qala bilmirik; ya gərək dost olaq, ya da düşmən. Bu cür düz deyil. Mənimlə dost olub, sonra elə qəddar düşmən kəsilir ki, erməni də yaddan çıxır, rus da yaddan çıxır, özününkü düşmən olur. Yəni dost olandan sonra düşmən olmaq qədər pis şey yoxdur, ən qorxulu düşmən odur.
Mənim taleyimdə iki varlıq həmişə ziddiyyət təşkil edib: anam və xalq. Çox vaxt fikirləşmişəm ki, onlardan hansını hansına dəyişmək olar? Heç vaxt da bu suala cavab tapa bilməmişəm. Elə vaxt olub ki, hirslənmişəm, demişəm ki, ana da, hamı da əqidəyə qurban getməlidir, sonra fikirləşmişəm ki, yox, ana məsələsi çox ağırdır; yəni uşağı, ailəni, qardaşı, hamını qurban vermək olar (bəlkə başqası üçün uşaq olmaz, qardaş olmaz), təkcə anadan savayı.
Dərsliklərdə yazılırdı ki, müstəmləkə o ölkədir ki, dərslər başqa dildə keçirilir, milləti öz dilini inkişaf etdirməyə qoymurlar və s.
Reklam
Kırmızı Çizgi
əgər o, millətə düşməndirse heç vaxt bağışlanılmayacaq, onunla heç vaxt dostluq yapmaq olmaz.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.