Dostlar Gözləyir Məni

Nəriman Həsənzadə

Dostlar Gözləyir Məni Quotes

You can find Dostlar Gözləyir Məni quotes, Dostlar Gözləyir Məni book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Düşmənimiz də şərəfli olmadı...
"Adıgözəlov Hafiz Ramiz oğlu 1990-cı ilin yanvarında Qazax rayonunun Bağanis Ayrım kəndində anadan olub. 1990-cı il martın 24-də ermənilər bələyinə benzin töküb yandırıblar. Dünyada cəmi iki ay yarım yaşayıb. Gənc anası köməyə gələndə onun da üstünə benzin töküb yandırıblar. Kənddə danışırdılar"
Sayfa 59 - Bütün millətlərə, beynəlxalq məhkəməyəKitabı okudu
"Əzizdir hər kəsin eşqi, niyyəti, Hər qəlbin ilk sözü bir ünsiyyətdir. Kişinin ən böyük mədəniyyəti,- bəlkə də qadına münasibətdir. Bir müdrik misalı gətirdim yada, sən də ər evində bir az ayıq ol. Qızıl basdırılır, çıxarılır da, insan basdırılır torpağa bir yol. Bir az ayıq ol"
Sayfa 300 - TaleKitabı okudu
Reklam
"Elə dayanırsan, elə baxırsan, elə bil qarşında quru bir daşam. İpək saçlarını öpüb oxşayan elə bil hardasa mən olmamışam."
"O ən müqəddəsdi, ən mədənidi, bəşər nəslimizə o, həyat verir. Qadının sərvəti- öz bədənidi, onu da kişiyə mükafat verir"
Sayfa 281Kitabı okudu
"Dünya şirin idi, acı deyildi, acılar, şirinlər necə təzəydi! Göz gözün sirrini açıb deyirdi,- biri o birinin xəbərçisiydi"
Sayfa 269 - Taleyin son töhfəsiKitabı okudu
"Daşyonana verərdim vəzifəni mən hətta,- ev yıxmaq yox, ev tikmək dəb düşərdi həyatda"
Sayfa 18 - Bir qoca tər tökürdüKitabı okudu
Reklam
"Başqadır mənası qadın eşqinin, xoşdur küsməsi də, barışması da. Qadın məhəbbəti yoxsa kişinin, həyatda bir yükdü yaşaması da. Ey qəmsiz, döndərmə bu eşqi yasa, əkiz bacısıdır qəm də sevincin. Fikrim səndən ötrü bir qıfıl olsa, Hər misram açardı o qıfıl üçün. Unutdu bir şeyi qaraçı qızı, o mənə demədi bu dünya nədir,- iztirab- həyatda ömrün mənası, xoşbəxtlik- ötəri bir əyləncədir"
Sayfa 260 - Qaraçı qızıKitabı okudu
"Çətindir mənimlə birgə yaşamaq, Bəzən gözlərimdə dəyişir aləm. Mənimlə ömür-gün yoldaşı olmaq Bir az da çətindir, Başa düşürəm"
Sayfa 338Kitabı okudu
Əllərin göylərdən asılı qalıb, Yaxşı bax, göyləri dolaşır insan. Sən yaşda qadın var, fəxri ad alıb, o tələb eləyir, sən yalvarırsan. Mənim ürəyimi deşir bu kədər, sən oyan, dözərəm mən bu dərdə də. Yalvarmaq öyrətdi bizə "böyüklər" burda məsciddə də, kürsülərdə də. Sənə yuxarılar söz verməsələr, qışqır aşağıdan, kəs sözlərini. İnanma, bir azca gözlə- desələr, inamı puç olub gözləyənlərin. Sənin ümidini əlindən almaq, nə bilim, hələlik qalsın bir yana. Bir yol özünə də inan sən Allah, səni and verirəm inandığına. Asılı yaşama, özündən asıl, yıxılsan özünə söykən azacıq. Olsan da axırda özünə qul ol, yazıq- qulxasiyyət olana yazıq!"
"Həyasız hər yerdə bimərifətdi, tanımaz qohumu-qardaşı tapsa. O ki, bir sifətdə neçə sifətdi, özünü təriflər bir naşı tapsa. Daş daşa söykənsə, daş divar olar, daş şikəst eyləyər ayağa düşsə. Yol getsən, yol uzaq, dünya dar olar, keçinin axsağı qabağa düşsə"
Sayfa 125 - Mən bir ömür sürdümKitabı okudu
129 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.