Əvvəllər çox cazibədar görünən xarakterik xüsusiyyətlər bir müddət sonra dözülməz olur. Çox diqqətcil kişilər, hər şeyə fikir verən xırdaçı adamlara, özünə həddindən artıq hörmət edənlər xanımını adam saymayanlara, çox səliqəli kişilər vasvası insanlara, yaxşı pul qazananlar ailəsini işinə dəyişənlərə... nəhayət, intiharla barışa bilməyib bütün o xarakterik xüsusiyyətlərini onun qarşısını almağa sərf edənlər isə anormal ölüm dəlilərinə çevrilirlər.
Əksər qadınlar fərqli, başqalarına bənzəməyən, özünə-məxsus xüsusiyyətləri olan, diqqətcil, düşüncəli, ağıllı kişilərlə ailə qurmaq istəyirlər. Döyüşərək qalib gələn dədə-babalarımız dan fərqli olaraq düşünərək qalib gələn yeni nəslin formalaşması ilə qadınların seçimi ara sında qarşılıqlı əlaqə var, əvvəllər qadınlar kişilərin çiyinlərinin genişliyinə diqqət edirdisə, indi dünya görüşünün genişliyinə önəm verirlər. Bu, bəlkə də, qadınların gələcək nəsillər üzərində kişi lə rə nisbətən daha qayğıkeş olmasından irəli gəlir ki, onlar ailə seçərkən doğulacaq uşaqlarının necə ola cağını düşünürlər. Bu baxımdan hamı kimi olmayan kişilər qadınlar üçün hər zaman daha cazibə dardır.
“Psixoloq olan adamın əvvəlcə öz psixologiyası qaydasında olmalıdır. Təsəvvür edə bilmirdi, özü yuxusuzluqdan əziyyət çəkən, danışanda iki sözdən bir əsnəyən adam qarşısındakına yuxusuna diqqət etməyi necə tövsiyə edə bilər? Yaxud zehni açıq, zəkası aydın olmayan biri, başqa bir insanı dinləyib, onun əslində demək istədiyi, ancaq deyə bilmədiklərini duyub, daxili narahatlığını necə anlaya bilər? Bunun üçün psixoloq əvvəlcə özünün nə istəyib, nə danışdığına diqqət etməlidir”.
“necə olur, bir kişi öz diqqətsizliyi ilə bir qadın üçün daha maraqlı olmağı bacarır? Bu qadının zəifliyimi, yoxsa kişinin daha xarakterli olmasımıdır?”