Bir Milyonluq Xəyanət

Dr. Səid

Vüsal Aydın

About Dr. Səid

Dr. Səid subject, statistics, prices and more here.

About

Vüsal Aydın kimdir? İnamla deyə bilərəm ki, o, uğurlu gələcəyi olan Azərbaycan yazıçısıdır. Bizim ilk tanışlığımız sadə bir şəraitdə, çay süfrəsi arxasında baş tutdu. Söhbətimiz də məntiqli və məzmunlu oldu. Söhbət əsnasında bildim ki, Vüsal detektiv bir roman yazıb və o, romanın ilk versiyasını oxumaq üçün mənə verdi. Mən maraq göstərib elə həmin gecə oxudum. Yazıda və dramaturji məqamlarda xətalar olsa da qoyulan problem məni gözləmədiyim qədər çox maraqlandırdı. Belə ki, bu gün dünyanın bir nömrəli problemi olan “özünəqəsd” mövzusu bu yazıda çox gözəl işlənmiş, hər bir özünəqəsdin arxasında hansısa qüvvənin durduğu çox gözəl açıqlanmışdı. Mən qərara gəldim ki, oxuduqlarımdan, həyat təcrü­bəmdən istifadə edərək bu cavan oğlana romanı yenidən, oxucalara layiq bir şəkildə işləməyə müəyyən istiqamət verim, köməklik göstərim. Göstərdim də. Vüsal ixtisasca həkimdir. Araşdırmaq istədiyi bu dünyəvi problem də ixtisasına uyğundur, ancaq bu problemi elmiləşdirmək, məntiqiləşdirmək, ən əsası isə hadisələri oxucunun maraqla oxuyacağı və inanacağı səviy­yədə təqdim etmək böyük yazıçı cəsarəti tələb edir. Vüsal verilən məsləhətlərə əməl edərək, məntiqi düşüncəyə söykənib bunu edə bildi. Bu, düşünürəm ki, onun uğurudur. Roman başdan sona yenilənmiş, dramatruji problemlər həllini tapmış, məntiqli və oxunaqlı bir əsər ortaya çıxmışdı. İlk versiyası ilə tanış olsam da sonrakı versiya mənim çox xoşuma gəldi. Özünəqəsd bu gün dünyəvi problemdir, ancaq biz çox vaxt düşünməmişik ki, bu cinayətlərin məcbur edən qüvvələri, yaxud gerçək səbəbləri var. Vüsal Aydın özünəqəsdin arxasında duran qüvvələri və görün­məyən fiqurları göstərməyə çalışıb. Bu kitab özünəqəsd problemi üzərində yazılan ilk psixoloji-detektiv romanıdır. Mən inanıram ki, oxucu bu romanı çox böyük maraqla oxuyub, gələcəkdə bu romanın film və ya serial versiyasını da görmək istəyəcək. Mən Vüsala yeni-yeni yaradıcılıq uğurları, ailə səadəti arzulayıram. Arzulayıram ki, bu dəyərli romanın oxucusu bol olsun və bunun olacağına inanıram.
Estimated Reading Time: 9 hrs. 4 min.Page Number: 320Publication Date: 2017Publisher: Qanun nəşriyyatı
ISBN: 9789952364118Country: TürkiyeLanguage: AzericeFormat: Karton kapak
Türler:
Reklam

Book Statistics

Reader Profile of the Book

Kadın% 63.2
Erkek% 36.8
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş