Гиперболоид инженера Гарина

Aleksey Tolstoy

Puan

1010 üzerinden
1 kişi
10/10
·292 syf.··
2025 13. kitabı
·
33 günde okudu
·
Okunma: 07 Haziran 2025 09:30
Aleksey Tolstoyun oxuduğum ilk kitabı oldu. Elmi-fantastika janrının rus ədəbiyyatı üçün ilk nümunələrindən olması və başlanğıcın bu qədər yaxşı olması təəccübləndirdi məni. Kitabda elmi-fantastika janrı üçün xarakterik olan xüsusiyyətlər özünü göstərir. Elm var, fantastika var, o dövr üçün fantastik olan bəzi məsələlərin indiki dövrdə reallaşması var. Düşünürəm ki, bir elmi-fantastika kitabı üçün ən vacibi sonda qeyd etdiyimdir və bu janrda olan kitabların dəyəri illər sonra ortaya çıxmalıdır. Yəni, yazıçının təxəyyülü ilə gələcəyi təxmin edə bilməsi qiymətli edir elmi-fantastik kitabları. Kitabda, həmçinin, əksər rus müəlliflər üçün xarakterik olan geniş izahlar da yer alır. Hadisələri bir film ssenarisi üçün hazır vəziyyətə gətirərək izah etmək bir çox rus yazıçıları üçün xarakterik xüsusiyyətdir. Əsər haqqında qısaca bəhs edim. Kitabda bir ixtiraçının güclü lazer şüası buraxa bilən avadanlıq (hiperboloid) ixtira etməsindən və həmin ixtiraçının ondan necə öz faydası üçün istifadə etməsindən bəhs edilir. Bu hiperboloid adi lazer şüasını ikiqat gücləndirə bilmiş və çox effektli bir silah ixtira etmişdir. O, həqiqətən də ilk vaxtlar hiperboloiddən silah kimi istifadə edir və bir neçə qətl törədir bununla. İnsanın dərisinə toxunduğu anda ən kəskin bıçaqdan daha yaxşı kəsən və insanı 2 yerə ayıra bilən lazer düşünün. Amma Qarinin (ixtiraçı) əsas məqsədi insanları öldürəcək silah hazırlamaq deyil, dünyanın sahibi olmaqdır. Belə bir silaha sahib olan adamı və onun ixtirasını əlbəttə hər kəs istəyər. Ona görə də onu dəfələrlə öldürməyə və ixtirasını əldə etməyə cəhd edirlər. Amma Qarin hər dəfə sağ qalmağı bacarır və qətlləri də sağ qalmaq üçün törədir. Bəs Qarin günahsızdırmı? Xeyr. Qarin hadisələrin gedişində amansız bir diktatora çevrilir və məqsədinə nail olmaq üçün
Mühəndis Qarinin HiperboloidiAleksey Tolstoy · Mimta Yayınları · 20236 okunma