Вишнёвый сад

Anton Çehov

Quotes

See All
Vanya Dayı
… Bax indicə Astrov nə dedi: siz şüursuz şəkildə meşələri qırırsınız və birazdan yer üzündə heç nə qalmayacaq. Eyni formada da siz şüursuz şəkildə insanı öldürürsünüz, sayənizdə birazdan dünyada nə sədaqət, nə təmizlik, nə də fədakarlıq qalacaq. Əgər bir qadın sizin deyilsə, nəyə görə ona laqeyd qala bilmirsiniz? Çünki, — o həkim haqlıdır, — hamınızın içində yırtıcı bir iblis yatır. Sizin nə meşələrə, nə quşlara, nə qadınlara, nə də bir-birinizə yazığınız gəlir.
Sayfa 103Kitabı okudu
Üç Bacı
Verşinin: Bu yaxınlarda mən bir fransız nazirin türmədə ikən yazdığı gündəliyini oxuyurdum… O türmənin barmaqlığından gördüyü quşlar barədə, hansılar ki nazir ikən onun nəzərinə çarpmırdı, elə şövqlə, elə heyranlıqla yazırdı ki. O artıq azadlığa buraxılıb və təbii ki, yenə də quşları heç sezmir. Eynilə də siz Moskavada yaşayanda ona diqqət etməyəcəksiniz. Biz xoşbəxt deyilik, olmayacayıq da, biz sadəcə xoşbəxtliyi axtarırıq.
Sayfa 209Kitabı okudu
Reklam
Vanya dayı — 1898-ci il
Astrov: … İnsana əldə olanı çoxaltmaq üçün şüur və yaradıcı güc verilib, lakin hələ də o heç nə yaratmayıb, sadəcə dağıdıb. Meşələr getdikcə azalır, çaylar quruyur, ov yoxdur, iqlim korlanıb və günbəgün torpaq daha kasad və eybəcər olur…
Sayfa 101Kitabı okudu
Qağayı
Arkadina: Bu paxıllıqdır. İstedadsız, lakin iddialı insanlara həqiqi istedadı olanlara tənə etməkdən başqa heç nə qalmır. Aciz bir təsəlli! Treplyov: “Həqiqi istedad”! Ona qalsa, mən sizin hamınızdan istedadlıyam! Siz rutinersiniz! Sənətdə birinciliyi əldə etmisiniz və yalnız öz yaratdıqlarınızı həqiqi və qanuni hesab edirsiniz, qalan hər şeyi isə əzirsiniz və boğursunuz!
Siz xoşbəxtsiniz! — Mən?
Nina: Bir bilsə idiniz, mən sizi necə qısqanıram! İnsanların taleləri müxtəlifdir. Bəziləri darıxdırıcı, nəzərəçarpmayan mövcudiyyətlərini zorla sürüyürlər, hamısı bir-birinə bənzəyir, bir-birindən bədbəxtdirlər; başqalarının isə, məsələn, sizin, — siz milyonda birsiniz, — bəxtinə maraqlı, işıqlı, məna ilə dolu həyat düşüb… Triqorin: Hmm… Siz bax məşhurluq, xoşbəxtlik, hansısa işıqlı və maraqlı bir həyat haqqında danışırsınız, mənim üçün isə bütün bu gəlişigözəl sözlər, bağışlayın, marmelad kimi bir şeydir, hansını ki, mən heç vaxt yemirəm.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.