Вишнёвый сад

Anton Çehov

Вишнёвый сад Posts

You can find Вишнёвый сад books, Вишнёвый сад quotes and quotes, Вишнёвый сад authors, Вишнёвый сад reviews and reviews on 1000Kitap.
Üç Bacı
Hardadır o, hara getdi mənim keçmişim, nə vaxt ki mən gənc, şən, ağıllı idim, nə vaxt ki mənim incə arzularım və düşüncələrim var idi? Axı niyə biz həyata yeni başlamışkən darıxdırıcı, boz, maraqsız, tənbəl, laqeyd, xeyirsiz və bədbəxt oluruq…
Sayfa 256Kitabı okudu
Üç Bacı
Verşinin: Bu yaxınlarda mən bir fransız nazirin türmədə ikən yazdığı gündəliyini oxuyurdum… O türmənin barmaqlığından gördüyü quşlar barədə, hansılar ki nazir ikən onun nəzərinə çarpmırdı, elə şövqlə, elə heyranlıqla yazırdı ki. O artıq azadlığa buraxılıb və təbii ki, yenə də quşları heç sezmir. Eynilə də siz Moskavada yaşayanda ona diqqət etməyəcəksiniz. Biz xoşbəxt deyilik, olmayacayıq da, biz sadəcə xoşbəxtliyi axtarırıq.
Sayfa 209Kitabı okudu
Reklam
Vanya Dayı
İndi yağış kəsəcək, təbiətdə hər şey yenilənərək rahat nəfəs alacaq. Bircə məni bu leysan canlandırmayacaq. Gecə-gündüz həyatımı bir dəfəlik itirməyim düşüncəsi məni boğur. Keçmiş yoxdur, o sarsaqca boş işlərə sərf olunub, indi isə öz mənasızlığı ilə qorxuncdur. Alın sizə mənim həyatım və sevgim: mən bunlarla nə edim, nə çarə qılım? Hissiyatım boş yerə məhv olur, eynilə quyuya düşən günəş şüası kimi, və mən özüm ölürəm.
Sayfa 111Kitabı okudu
Vanya Dayı
… Bax indicə Astrov nə dedi: siz şüursuz şəkildə meşələri qırırsınız və birazdan yer üzündə heç nə qalmayacaq. Eyni formada da siz şüursuz şəkildə insanı öldürürsünüz, sayənizdə birazdan dünyada nə sədaqət, nə təmizlik, nə də fədakarlıq qalacaq. Əgər bir qadın sizin deyilsə, nəyə görə ona laqeyd qala bilmirsiniz? Çünki, — o həkim haqlıdır, — hamınızın içində yırtıcı bir iblis yatır. Sizin nə meşələrə, nə quşlara, nə qadınlara, nə də bir-birinizə yazığınız gəlir.
Sayfa 103Kitabı okudu
Vanya dayı — 1898-ci il
Astrov: … İnsana əldə olanı çoxaltmaq üçün şüur və yaradıcı güc verilib, lakin hələ də o heç nə yaratmayıb, sadəcə dağıdıb. Meşələr getdikcə azalır, çaylar quruyur, ov yoxdur, iqlim korlanıb və günbəgün torpaq daha kasad və eybəcər olur…
Sayfa 101Kitabı okudu
352 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 7 days
Qağayı
Qağayı
Qağayı
Anton Çehov
Anton Çehov
Yaradıcı insanlar və yaradıcı proses, özünü tənqid, özünü axtarış və özünü tapmama, kənardan yaradıcı insanların görünüşü və bir şey yaratmağa çalışarkən qarşıya çıxan əngəllər. A -> B -> C -> D -> E sıralamasıyla qarşılıqsız sevgi, qarşılıqsız sevənlərin seçdikləri yollar. Yaşlanma qorxusu. Müəllif bütün bu mövzulara dörd pərdəli bir dramda toxunur. Oxucu bəzi cavabları oxuyur, bəzi cavabları anlayır, bəzilərini isə özü tapmalıdır və bu cavablar bütün oxucular üçün eyni olmaya bilər. Kitabda “Qağayı”dan başqa müəllifin
Vanya Dayı
Vanya Dayı
Üç Bacı
Üç Bacı
Albalı Bağı
Albalı Bağı
dramları da toplanıb. Hər biri digərindən daha uğurlu, daha realist, daha aktualdır. Hekayələriylə yanaşı dramları da “Niyəmi Çexov?” sualının bariz cavabıdır.
Вишнёвый сад
Вишнёвый садAnton Çehov · ACT · 202116.1k okunma
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.