Dünyaya düz, təhrif olunmuş bir ölçüdə baxanda qızlar "namus" sözünün təzyiqi altında böyüyürlər.
Bəs bilirdinizmi ki, bu söz azərbaycan sözü deyil, heç ərəb və türk sözüdə deyil? Namusun qədim yunan kökləri var - Namussuz və *Qanun* olaraq tərcümə olunur. Yəni bəzi yunanlar özlərinə qanun hazırladılar və biz hələdə o qanuna itaət edirik? Qanuni olaraq "namuslu", qanunsuz sayılan hər şey - "namussuz", başqa sözlə, konstitusiyadan kənar.
Biz versagi geyinib və çipə oturan qızlara nifrət edirik.
Amma onlar bizə heçnə etməyiblər.
Biz qara çəhrayı şalvar geyinib uzun kəkili olan emolara nifrət edirik. Amma onlar bizə pislik etməyiblər.
Biz boynunda qızıl boyunbağısı olan kök şən qadınlara nifrət edirik.
Biz avtobus müğənnilərinə nifrət edirik ,vilayətdə, hansı ki, axmaq şeylər haqqında oxuyur, halbuki onlar sadəcə oxumağı sevən insanlardır. Burda pis nə var ki?
Biz eynəklilərə nifrət edirik, hansı ki, ön partada oturur və bütün gün dərs oxuyur,
öyrənir. Halbuki kim bilir bəlkə də onlardan biri, bəlkə SPİD ə qarşı və ya xərçəngə
qarşı dərman ixtira edəcək?
Şəxsən mən qızlarla oğlanlar arasında heç bir fərq görmürəm. Əgər oğlan axşam onda evə qayıdırsa bəs niyə qıza olmaz? Mən anlaya bilmirəm ki, niyə onları mühafizə eləməliyik, və nədən?
Və 70də ölüm anında ona desələr ki, bizə
3000 baks ver və biz sənə ömrünün bir ilini geri qaytaracayıq. Hə o hətta 20000
verəcək. Nədir ki, verməyəcək? - Əlbəttə ki, verəcək. İnsanlar qocalanda bilirlər ki,necədə qiymətlidir həyat (yaşamaq). Amma biz cavanlar fikirləşirik: nədir ki, məgər? "Bir il" orduda, "dörd il" universitetdə, "onbir il" məktəbdə...bəs sən nə zaman yaşayacaqsan? 25 yaşında hansı ki artıq həyatında nələrisə dəyişmək çətindir.