Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim

Manaf Süleymanov

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim Quotes

You can find Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim quotes, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bakının ilk memarlarından biri Qasım bəy Hacıbababəyov şəhəri böyük ustalıqla planlaşdırıb,məhəllələri elə layihələşdirib ki,rus və Avropa memarları heyran qalıblar.
Sayfa 11 - Qanun nəşiriyyatKitabı okuyor
...Bakı təzadlar şəhəri idi,bir yandan qızıl sel kimi axıb varlı adamların seyflərinə,sandıqlarına,banklara dolur,xaricə göndərilir,digər tərəfdən də loğma çörək üçün özünü oda-közə atan adamlar gündə on-on dörd saat işləyirdilər.
Sayfa 20 - Qanun nəşiriyyatKitabı okuyor
Reklam
Qız qalasının ilk adı "Gözətçi qülləsi"imiş,damda gecə gündüz növbətçilər dənizə baxır,düşmən gəmilərinin hərəkətini izləyirmişlər.Get-gedə adını qısaldıb eləyirlər "Göz qüllə",sonralar da gah amansız düşmənə qarşı sarsılmaz,qorxunc müdafiə bürcünə,nəhayət,bütün manelərə qələbə çalan sevgi,məhəbbət abidəsinə-- "Qız qalası" na çevirirlər.
Sayfa 6 - Qanun nəşiriyyatKitabı okuyor
Ağ neft nəhr kimi axıb daşan, bütün aləmə işıq və istilik verən bir şəhərdə toranlıq, zülmət, acınacaqlı güzəran hökm sürürdü. Rotşildin əzəmətli binası qarşısında axşam düşməmişdən səhər açılana qədər yanan qaz fənərinin bir gecədə ətrafa saçdığı işığı on kazarmadakı bütün qaraçıraqlar bir ildə saçmırdı.
Dağa dersən, eşidir, sonra verir əksi-səda, Daşa dönmüşlərə kar eyləmədi fəryadım. (M. Hadi)
Bakının ilk memarlarından biri - Qasımbəy Hacıbababəyov olub. O, şəhəri böyük ustalıqla planlaşdırıb, məhəllələri elə layihələşdirib ki, rus və Avropa şəhər salan memarları heyran qalıblar. Relyefi, yerin topoqrafiyasını, dərə-təpə olmasını nəzərə alıb, küçələri pilləvari şəkildə planlaşdırıb. Məşədi Mirzə Qafar adında başqa bir memar da binaları ilhamla, ustalıqla layihələşdiribdir.
Reklam
Bakı bələdiyyə idarəsinin keçmiş baş memarlarından Zivərbəy Əhmədbəyov deyirmiş ki,Bakı öz inkişaf sürətinə görə dünyada yeganə şəhərdir.
Ən maraqlı məhkəmə prosesi vəkil Qarabəyin iştirak etdiyi mühakimələr olurmuş. Bakılılar ona «Ayını ağladan Qarabəy» ləqəbi qoymuşdu. O, arıq, ucaboydu, geyimi də adi idi: şalvar, arxalıq, üstündən nazik toqqa -təkbənd, çuxa, başında karton üstə mahud çəkilmiş drabi, ya da ki, adi buxara dərisindən papaq olardı. Qıvrım saçları üz-gözünə tökülərdi. Ağıllı gözləri vardı. Olduqca sakit, xoşrəftar... Yumorla danışardı. Tiflisin və Bakının vəkilləri biləndə ki, tərəf müqabilləri Qarabəy olacaq, həmin işdən boyun qaçırardılar. Bütün dövlət qanunlarını, maddələrini bir-bir, senat qərarlarını, nazirlər sovetinin, ədliyyə nazirliyinin, prokurorluğun, müqəddəs senod prokurorluğunun hökm, təklif və sərəncamlarının il və ayını, nömrələrini əzbərdən bilirdi.
...Bakı təzadlar şəhəri idi, bir yandan qızıl sel kimi axır varlı adamların seyflərinə,sandıqlarına,banklara dolur,xaricə göndərilir,digər tərəfdən də bir loxma çörək üçün özünü oda-közə atan adamlar gündə 10-14 saat işləyirdilər.
Əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev toxuculuq fabriki işə düşür.Burada fəhlələr üçün məscid və onların uşaqları üçün xüsusi məktəb tikdirir və 2 növbədə dərs deməyə öz xərcilə müxtəlif yerlərdən müəllimlər dəvət edir,eyni vaxtda fəhlələrin savadlanması üçün axşam kursları,dərmanxana və tibb məntəqəsi açır.Dəyirman tikdirir.
75 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.