Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim

Manaf Süleymanov

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim Quotes

You can find Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim quotes, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20.000 manat maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət etmişdilər. Şəhərə lazım olan bütün mayətac və avadanlığı Kursk zavodlarına sifariş verirdi.Dumanın iclasında Bakıdakı ictimai ayaqyollarında aftafa qoymağı qərara aldıqda kimə və hara sifariş verməyi müzakirə edəndə bələdiyyə üzvlərindən Kərbəla İsrafil Hacıyev söz alıb deyir ki,《Cənab Rayev,aftafaları,yaxşı olardı,Kursk zavoduna sifariş verəsiniz.Bir də,4 aydır müsəlmanların Şeyxulislamı vəfat edib,yeri boşdur,mümkünsə,Kurskdan bir Şeyxulislam da gətizdirəsiz...》
Dövlətlilər binalarının damında əzəmətli qübbə qoyurdular, bununla da sərvətlərinin tükənməzliyini nəzərə çarpdırmaq istəyirdilər. Bir kaşanədə bəzən hər küncdə və baş fəsadlarda qübbə ucalırdı və hər qübbə, guya bir milyon manat sayılırdı. Qübbələrin ortasındakı milə ştandart qaldırıb tanış adamlara, qohum-əqrəbaya o gün hansı salonda ailə yığıncağı, ziyafət, ad günü olduğunu xəbər verirdilər. Hər dövlətlinin öz ştandartı vardı. Əzəmətli binalardakı altı-yeddi otaqlı mənzillərdə nahar salonunda orkestr bucağı vardı ki, musiqiçilər oturar, çalar, xanəndələr oxuyar, məclisdəkiləri əyləndirərdilər.
Reklam
Çar höküməti, əksinqilabi ünsürlər 1905-ci ildə erməni-müsəlman qırğını salmaqla inqilabi hərəkatın səmtini dəyişdirməyə cəhd edir.
Məhkəmələrdə yalançı şahidlər olurdu. Hakim iddiaçıları üstündə dava düşmüş əraziyə aparır, adamları dindirirdi. Molla əlindəki Qurana, şahidlərə əl basdırıb and içdirirdi. Yalançı şahid Qurana əl basıb belə qəsəm edirdi: "And olsun bu Qurana, ayaqlarımın altında olan torpaq iddiaçının ata-baba torpağıdır". Doğrudan da, ayağının altındakı, əvvəlcədən ayaqqabının içinə tökdüyü torpaq iddiaçının ata-baba mülkündən götürülmüş torpaq olardı. Üstündə dava açdığı torpağın, yerin isə iddiaçıya heç bir dəxli yox idi.
Müsəlman müəllimlərinin 1-ci qurultayının faydalı insani tədbirlərindən biri də erməni müəllimlərinə müraciəti idi. Bu müraciətdə deyirdi: "İki qonşu xalq arasında çoxdan bəri əmin-amanlıq arzusunda olan biz sizin, avam kütlələrə əlbir təsir göstərmək çağırışınızı yekdilliklə qəbul edərək, böyük sevinclə öz əlimizi sizə uzadırıq. Müsəlmanlarla ermənilər arasında möhkəm sülhün faydasını xalqa başa salmaq kimi müqəddəs vəzifəni sizinlə birlikdə yerinə yetirəcəyik."
Sayfa 179Kitabı okudu
"Yoldaş fəhlə, milli məsələ ciddi məsələdir, onunla ehtiyatlı olmayanda iş dolaşır."
Sayfa 280Kitabı okudu
Reklam
42 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.