Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim

Manaf Süleymanov

Most Liked Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim Posts

You can find Most Liked Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim books, most liked Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim quotes and quotes, most liked Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim authors, most liked Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim reviews and reviews on 1000Kitap.
Dövlətlilər binalarının damında əzəmətli qübbə qoyurdular, bununla da sərvətlərinin tükənməzliyini nəzərə çarpdırmaq istəyirdilər. Bir kaşanədə bəzən hər küncdə və baş fəsadlarda qübbə ucalırdı və hər qübbə, guya bir milyon manat sayılırdı. Qübbələrin ortasındakı milə ştandart qaldırıb tanış adamlara, qohum-əqrəbaya o gün hansı salonda ailə yığıncağı, ziyafət, ad günü olduğunu xəbər verirdilər. Hər dövlətlinin öz ştandartı vardı. Əzəmətli binalardakı altı-yeddi otaqlı mənzillərdə nahar salonunda orkestr bucağı vardı ki, musiqiçilər oturar, çalar, xanəndələr oxuyar, məclisdəkiləri əyləndirərdilər.
Çar höküməti, əksinqilabi ünsürlər 1905-ci ildə erməni-müsəlman qırğını salmaqla inqilabi hərəkatın səmtini dəyişdirməyə cəhd edir.
Reklam
Ən maraqlı məhkəmə prosesi vəkil Qarabəyin iştirak etdiyi mühakimələr olurmuş. Bakılılar ona «Ayını ağladan Qarabəy» ləqəbi qoymuşdu. O, arıq, ucaboydu, geyimi də adi idi: şalvar, arxalıq, üstündən nazik toqqa -təkbənd, çuxa, başında karton üstə mahud çəkilmiş drabi, ya da ki, adi buxara dərisindən papaq olardı. Qıvrım saçları üz-gözünə tökülərdi. Ağıllı gözləri vardı. Olduqca sakit, xoşrəftar... Yumorla danışardı. Tiflisin və Bakının vəkilləri biləndə ki, tərəf müqabilləri Qarabəy olacaq, həmin işdən boyun qaçırardılar. Bütün dövlət qanunlarını, maddələrini bir-bir, senat qərarlarını, nazirlər sovetinin, ədliyyə nazirliyinin, prokurorluğun, müqəddəs senod prokurorluğunun hökm, təklif və sərəncamlarının il və ayını, nömrələrini əzbərdən bilirdi.
Müsəlman müəllimlərinin 1-ci qurultayının faydalı insani tədbirlərindən biri də erməni müəllimlərinə müraciəti idi. Bu müraciətdə deyirdi: "İki qonşu xalq arasında çoxdan bəri əmin-amanlıq arzusunda olan biz sizin, avam kütlələrə əlbir təsir göstərmək çağırışınızı yekdilliklə qəbul edərək, böyük sevinclə öz əlimizi sizə uzadırıq. Müsəlmanlarla ermənilər arasında möhkəm sülhün faydasını xalqa başa salmaq kimi müqəddəs vəzifəni sizinlə birlikdə yerinə yetirəcəyik."
Sayfa 179Kitabı okudu
"Yoldaş fəhlə, milli məsələ ciddi məsələdir, onunla ehtiyatlı olmayanda iş dolaşır."
Sayfa 280Kitabı okudu
Məhkəmələrdə yalançı şahidlər olurdu. Hakim iddiaçıları üstündə dava düşmüş əraziyə aparır, adamları dindirirdi. Molla əlindəki Qurana, şahidlərə əl basdırıb and içdirirdi. Yalançı şahid Qurana əl basıb belə qəsəm edirdi: "And olsun bu Qurana, ayaqlarımın altında olan torpaq iddiaçının ata-baba torpağıdır". Doğrudan da, ayağının altındakı, əvvəlcədən ayaqqabının içinə tökdüyü torpaq iddiaçının ata-baba mülkündən götürülmüş torpaq olardı. Üstündə dava açdığı torpağın, yerin isə iddiaçıya heç bir dəxli yox idi.
Reklam
42 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.