Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səfərnamə

Eşqin İzi İlə

İradə Qədirova

Sözler ve Alıntılar

Tümünü Gör
Burada əsas məsələ sizi incidən insanların bağışlanmasını diləməkdən ibadətdir. Allah qayıdıb deyər ki, bu bəndəm onu incidən insanın bağışlanmasını bu qədər diləyirsə, bəs Mən niyə onun günahlarını bağışlamayım? Məgər ruhun sevinci də o bağışlanmanı istədiyimiz anda gəlməyə başlamırmı?
Sayfa 246Kitabı okudu
Bir işin içində işıq varsa, o çox rahat və maneəsiz baş tutacaq. İlkin maneələr artıq siqnal, digərləri isə işarədir. Lakin çox zaman o qədər hikkəli və gözübağlı oluruq ki, bizə ötürülən mesajı başa düşməkdə çətinlik çəkirik. Hər dəfə eyni dərsi alsaq da, təəsüf ki, bir çox istəklərimiz önündə dirənişimiz bizi yalnız və yalnız geri salır. Güvənmək lazımdır - bizim üçün bizim iştirakımız olmadan hər şeyin ən gözəlini və ən gözlənilməzini ərsəyə gətirənə...
Sayfa 15 - Mimta yayınlarıKitabı okudu
Reklam
Həyatda ən çətin şey də məhz özünlə, ələlxüsus acı xatirəlǝrinlə bağlı olan yerlərlə üzləşməkdir. Buna doğru bir addım belǝ atmaq bəzən çox böyük güc və cəsarət tələb edir. Lakin bacardınsa, demək, çox şeyi bağışlamış, yaralarını sarımış və daxilində yeni bir pilləyə qalxmısan.
Həyatda ən çətin şey də məhz özünlə, ələlxüsus acı xatirələrinlə bağlı olan yerlərə üzləşməkdir. Buna doğru bir addım belə atmaq bəzən çox böyük güc və cəsarət tələb edir. Lakin bacardınsa, demək, çox şeyi bağışlamış, yaralarını sarımış və daxilində yeni bir pilləyə qalxmısan.
Sayfa 33 - Mimta yayımlarıKitabı okudu
Şəhər dediyin səni tarixi keçmişə aparmalı, təsəvvürünü genişləndirməli, səni əsrlər üzrə səyahət etdirməli və yenidən özünə qaytarmalıdır
Yalnız macəraçılar yol tapmadıqda gərginləşməz, əksinə, yeni adrenalin qazanıb özünü səfərbər edər və sonunda yüksək enerji ilə mənzilə çatarlar.
Sayfa 36 - Mimta yayımlarıKitabı okudu
Reklam
İnsan insanın dərmanı olmalıdır, zəhəri yox. Zəhəri hiss etdinsə, yavaş-yavaş həyatından uzaq tut, bu istər dostun olsun, istər qonşun, istərsə də ən yaxının
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.