Evakuasiya

Qaraqan

Öne Çıkan Evakuasiya Gönderileri

Öne Çıkan Evakuasiya kitaplarını, öne çıkan Evakuasiya sözleri ve alıntılarını, öne çıkan Evakuasiya yazarlarını, öne çıkan Evakuasiya yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bayraq
Salam, üç rəngli bayraq, mən yalançıyam Mən ancaq bayram günlərində sevirəm səni Əzbər bilirəm yüz fahişənin nömrəsini Amma çoxdan unutmuşam himnimizin sözlərini Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm Mən utanıram Azərbaycan sözünü işlətməkdən Erməni diasporası soyqırımlar uydurduqca Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla Ya da ki,
- Amerikanların belə gözəl bir sözü var, əgər bir hadisənin məqsədini tapmaq istəyirsənsə gör ona kim pul xərcləyir. Pul özü sənə günahkarı nişan verəcək.
Sayfa 223Kitabı okudu
Reklam
+1
Yüz minlərlə şagird var, hamısı 11-ci sinfə kimi milyonlarla mənasız faktı əzbərləyir, doğrudan mənasız, heç kimə lazım olmayan faktları əzbərləyir və bu, bizim dilimizdə elm adlanır. Bu nəyə lazımdır ki? Mənim nəyimə lazımdı nə vaxt olub Hunların ikinci yürüşü?
268 syf.
7/10 puan verdi
"Bütün qanunu pozan şəxslər Cinayət Məcəlləsinin maddələrinə əsasən cəzalandırılacaqlar". səh 31. Mülki və inzibati məcəllə də qanun sayılır, bu qanunları pozsaz inzibati və ya mülki məsuliyyət daşıyırsınız, cinayət məsuliyyəti deyil. Metro daxilində cinayət qədər, inzibati xəta da törədilə bilər. "Bankın proqramın öyrənib öz hesabıma 50 manat göndərdim. 18 yaşım olmadığı üçün məni cəzalandırmadılar. Valideynlərimə 100 manat cərimə yazdılar." səh 123. Kibercinayətkarlıq cinayət hesab olunur. Cinayət yaşı isə 16 yaşdır, 18 deyil. Cinayət məsuliyyətinə cəlb edə bilmədikdə polisin və ya MTN işçisinin pul cəriməsi ilə əvəz eləmək kimi bir hüququ da yoxdur, bu qanunsuzdur. "Sən məni öldürsən, bu yazıq qız da sənə görə cinayətdə əlbir kimi cəzalanacaq". səh 174. Belə bir hal mümkün deyil, qız oğlanla sadəcə bunkerlərdən qaçmaq üçün razılaşıb. Onunla birgə mənzil toxunulmazlığı hüququnu pozmuş ola bilər. Lakin şəxsin öldürülməsi, ikisinin öncədən razılaşdığı bir hadisə olmadığı üçün, bu icraçının ekstessi sayılır deyə sadəcə oğlan cəzalanacaq.
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20192 okunma
Bu möcüzədir, əzizlərim. Siz ayrı-ayrılıqda pis insanlarsınız, amma... amma bir yerdə olarkən. Birlikdə olarkən siz yaxşı insana çevrilirsiz. Demək, bu mümkündü. Demək, sevgi.. Sevginin gücü ilə beyinlərdə "Mələk geni" yaranır və bu hiss ən pis insanları da yaxşı insana çevirə bilir.
Sayfa 261Kitabı okudu
268 syf.
·
Puan vermedi
Kitabın sonunda yazar bizə bir iki sual verir bu sualları cavablandırmağa çalışdım. "Bilmirəm demək olar mı ki, bu xoşbəxt sonluqla bitən ilk əsərimdir?" Hansı xoşbəxt sonluqdan söhbət gedə bilər ki, insanları daha yaxşı səviyyəyə çatdırmaq üçün pis insanları soyuqqanlı şəkildə öldürüb, yaxşı insanlara heç nəyi doğru dürüst başa salmadan onları yeni yaşama yönləndirmək. Ama Kənan və Fidanı düşünsək niyə də bu əsərə xoşbəxt son deməyək? Axı onlar ayrı ayrılıqda pis insan idi və öləcəkdilər. Ama aralarındakı sevgi onları birləşdirdi və sevgi onların içindəki pisliyi öldürdü, beləcə sağ qaldılar. Ama bu qədər həqiqəti, qəddarlığı qaldırıb yaşamlarına heç nə olmamış kimi rahatca davam edə bilərlər mi? Kitabda da qeyd olunduğu kimi bu qəribə, qəddar və qarışıq sonluqla bitən kitab.. "Bəs sizcə dünyanı daha yaxşı səviyyəyə gətirmək üçün bu qurbanları vermək olardı mı?" Günahsız insanları uşaqları öldürmək, ..daha yaxşı səviyyə yaradıb insanlığı inkişaf etdirək deyərkən ilk olaraq öz insanlığınızı itirmədiniz mi? "Siz Nedə və gizli təşkilatlara haqq qazandırdınız mı?" Ned masonların ən yüksək səviyyəsində idi, müəllimlik dərəcəsində. Masonlar isə bütün ölkələri dağıdıb, dünyanı bir azad xalqa çevirmək hakimiyyəti öz əlinə almaq istəyirdi ama bu xeyirdən çox zərər gətirməz mi? Ümumi olaraq axıcı və maraqlı idi, masonlar haqqında çox ətraflı və maraqlı məlumatlar var.
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20192 okunma
Reklam
371 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.