Evini Də Sahmana Sal, Həyatını Da

Marie Kondo (Konmari)

Evini Də Sahmana Sal, Həyatını Da Gönderileri

Evini Də Sahmana Sal, Həyatını Da kitaplarını, Evini Də Sahmana Sal, Həyatını Da sözleri ve alıntılarını, Evini Də Sahmana Sal, Həyatını Da yazarlarını, Evini Də Sahmana Sal, Həyatını Da yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
356 syf.
7/10 puan verdi
·
Beğendi
Hər kəsə salam. Bu gün sizinlə Yanvar ayında oxuduğum Yaponya məsləhətçisi Mari Kondonun “Evini də sahmana sal, həyatını da” kitabı haqqında fikirlərimi paylaşacağam. Kitabda “KonMari” metodu haqqında danışılır.Ümumi əşyalarımızın, geyimlərimizin saf-çürük edilmə prosessi izah olunur. Bəyəndiyim və ilk dəfə olaraq bu kitabda oxuduğum nüans da o idi ki, əşyalarımızın bizə sevinc bəxş etməsi haqqında geniş bəhs olunmuşdu . İstifadə etdiyim əşyalar mənə sevinc bəxş edirmi yoxsa sadəcə onu əşya olduğu üçün saxlayırdımmı bilmirdim.Kitabdan sonra “KonMari” metoduna addım-addım uyğunlaşaraq əşyalarımı saf-çürük etdim. Sevinc bəxş edən əşyalarıma təşəkkür etdim.Artıq yollarımızı ayırmalı olduğum əşyalara isə həyatımda bir rolunun olduğu üçün minnətdar edib, bu rolun başa çatdığını söyləyib ayrıldım. Kitabda həyatımızı da, evimizi də sahmana salmaq haaqında çox gözəl danışılıb.Tövsiyə edəcəyim kitablardan oldu. Oxumağa ayırdığım zaman üçün peşman deyiləm. Sonadək oxuduğunuz üçün Minnətdaram!
Evini Də Sahmana Sal, Həyatını Da
Evini Də Sahmana Sal, Həyatını DaMarie Kondo (Konmari) · Teas Press · 0211 okunma
Mən həyatımı elə yaşamaq istəyirəm ki, onun buraxdığı xatirələrin izi əşyalarıma həkk olunsun.
Sayfa 333Kitabı okudu
Reklam
Mən hər zaman qarşıma o qədər yüksək hədəflər qoyuram ki, hələ işə başlamamışdan uğursuzluğun qorxusu məni dəhşətə gətirir.
Sayfa 327Kitabı okudu
Başqalarını mühakimə etməyə, qınamağa başlayıramsa, deməli, öz həyatımda nəsə qaydasında deyil: evimdə nəyisə sahmana salmalıyam, yaxud davamlı olaraq təxirə saldığım hansısa işi artıq bitirməliyəm.
Sayfa 322Kitabı okudu
Münasibətlərində qeyri-müəyyənlik yaşayan və hisslərinə əmin olmayan insanlar isə əşyaları ilə bir qədər ehtiyatsız və səliqəsiz davranırlar, əşyalarının qədrini bilmirlər. Bizim insanlarla münasibətimiz əşyalarımızla davranışımızda əks olunur və yaxud əksini də demək mümkündür: əşyalarımızla davranışımız insanlarla münasibətlərimizə də təsirini göstərir.
Sayfa 312Kitabı okudu
Ancaq çox kiçik amillər belə insanın həyatını kökündən dəyişmək gücündədir.
Sayfa 308Kitabı okudu
Reklam
84 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.