Ey Ata Ey Ana Biz Günahkarıq!

Ali Şeriati

Ey Ata Ey Ana Biz Günahkarıq! Quotes

You can find Ey Ata Ey Ana Biz Günahkarıq! quotes, Ey Ata Ey Ana Biz Günahkarıq! book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Gəlin həqiqəti birlikdə araşdıraq. Hamıya məlumdur ki, namaz qılan şəxs Allahla danışır. Necə ola bilər ki, Allahla danışan insan dediyi sözlərin mənasını və nə istədiyini başa düşməsin?! Sizin diqqətiniz yalnız hərflərin düzgün tələffüzünə yönəlib! Görəsən, bu dünyada sizdən başqa bu qədər yalvardığı halda nə istədiyini bilməyənlər varmı?!
Hüseyn (ə) zülmə qarşı qiyama qalxmış, məzlumların azadlığı və din maskası taxanların çirkin simalarının aşkar olması üçün hər şeyindən keçmişdir. Əgər Hüseyn (ə) sükut etsəydi, həqiqi İslamın izləri tarixdən silinərdi.
Reklam
Əlcəzair kommunist partiyasının orqanı olan «Əlcəzair respublikası» qəzetinin baş redaktoru fransız mənşəli Henri Aleq İslam mücahidləri sırasında həbsdə olarkən yazır: «Belə bir yerdə işkəncələrdən danışmaq düz çıxmır. Burada hər saatda bir ağır işkəncələrdən sonra qanlı dodaqlarında dua pıçıldayan birini həyətin ortasına tullayırlar. Mən bu kəlmələrin mənasını başa düşmürəm. Amma bu vaxtadək eşitdiklərim arasında yalnız bu kəlmələrə inanıram».
Deyirlər ki, hamının xoşuna gələn tərzdə danışmaq lazımdır. Amma vəziyyət məni fəryad çəkməyə vadar edir.
Ey ata, ey ana! Din adı ilə evdə həbs edib, təhsildən, dünya səadətindən məhrum etdiyin qız səni bağışlamayacaq!
Bədbəxtçilik ondadır ki, həmin əsasların adını qoruyub, mahiyyətini dəyişdilər! Hər şeyi dəyişdilər. Mahiyyəti dəyişən, yalnız zahiri qalan dəyərlər qəsbkar hakimlərin mənafelərinə uyğunlaşdırıldı.
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.