Dr. Əli Şəriətinin mühazirələri əsasında hazırlanan kitab. Kitaba keçməzdən əvvəl Dr. Əli Şəriətinin mövqeyi haqqında danışmaq istəyirəm. Şəriəti İranlı idi. O həm dini təhsil, həm də Avropa təhsili almışdı. Fransada Sorbon universitetində oxumuşdu. Sartr və bir çox görkəmli şəxslərlə tanış olmuş, yaxın münasibət saxlamışdı. Məktəbdə, universitetdə və s. yerlərdə dərslər demişdi. O, adı eyni, lakin daxili, mahiyyəti dəyişdirilmiş dinə kor-koranə inananlara, xurafatçı, mövhumatçılara qarşı idi. Eyni zamanda görünən dinə görə dindən imtina edən, dinin inkişafa qarşı olduğunu düşünən "ziyalılara" da qarşı çıxırdı. O, həqiqi dinin insanların başa düşdüyündən daha fərqli olduğunu qeyd edirdi. Və həqiqi dini təbliğ edirdi. Bu zaman həm "dindarlar", həm də "ziyalılar" tərəfindən təzyiqlərə məruz qalırdı. Kitabı oxuduğunuzda bu təzyiqlərin nə olduğunu və necə məntiqsiz olduğunu daha yaxşı anlayacaqsınız. İndi isə kitab haqqında bir neçə fikir qeyd edəcəm. Kitab görünən dinlə həqiqi dini bir-birindən fərqləndirməyə kömək edən ən yaxşı mənbələrdən biridir. Gənclərin gördükləri yanlışları və buna görə başqa bir mövqe seçmələrinin səbəblərini vurğulayır. Həmçinin, kitab bir çoxumuzun da suallarına cavab verir, sanki ürək sözlərimizi deyir