Fəlatun Bəy və Rakım Əfəndi

Ahmet Mithat Efendi
Türk ədəbiyyatının parlaq simalarından olan Əhməd Midhət Əfəndinin "Fəlatun bəy və Rakım əfəndi" adlı romanı dövrünün ən populyar əsərlərindən olub. 1875-ci ildə qələmə alınmış roman indiki qloballaşma dövründə xüsusi aktuallıq kəsb edən mövzuya - avropalaşma, qərbləşmə, daha doğrusu, avropalaşmanın səhv anlaşılması məsələsinə həsr olunub. Əsərin qəhrəmanları XIX əsr mühafizəkar və qapalı Osmanlı cəmiyyətinin yeniliyə can atan tipik nümayəndələridir. Hadisələr Osmanlı Türkiyəsinin üzünü Avropaya tərəf çevirməyə başladığı tənzimat dövründə baş verir. Fəlatun bəy qərbləşməni yanlış anlayan, gününü avropalı qadınlarla eyş-işrətdə keçirən, sevgini əyləncə hesab edən, qumara qurşanan, sonda da dövlət idarəsindəki işini və əlindəki bütün sərvəti itirən çılğın və yaxşı təhsil almış bir türk gəncidir. Onun həmyaşıdı və dostu olan Rakım isə Avropanın ən mütərəqqi cəhətlərini mənimsəmiş çalışqan, dürüst, vicdanlı və alicənab bir türk əfəndisidir. Rakım əfəndi ona vurulmuş zəngin avropalı qadınların ötəri və yalançı sevgisini rədd edərək öz namuslu qulluqçusuna aşiq olur, xoşbəxtliyini bu təmənnasız sevgidə tapır... Böyük tərbiyəvi əhəmiyyətə malik olan əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Yazar:
Ahmet Mithat Efendi
Ahmet Mithat Efendi
Tahmini Okuma Süresi: 5 sa. 33 dk.Sayfa Sayısı: 196İlk Yayın Tarihi: 1875Yayınevi: Teas Press
ISBN: 9789952513806Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
196 syf.
6/10 puan verdi
·
13 günde okudu
Kitabda Fəlatun bəy və Rakım əfəndi kimi iki əks qütbün, əks ziddiyyətdə obrazların həyatından söz açılır. Ümumilikdə qədim türk adət-ənənələri səmimi şəkildə qələmə alınıbdır. Asanlıqla türk ailələrinin yaşam tərzinə şahid ola bilərsiniz. Eyni zamanda Avropalıların da yaşam tərzi türk ailələrininki ilə müqayisə olunub. Əsəri oxuduqda əsəbləşə, qınaq obyektinə çevriləcək onlarla məsələ tapa bilərsiniz. Amma ayna şəffaflığında həmin dövrü yansıtdığına görə məncə, yazıçını təqdir etmək lazımdır. Yazıçıdan ilk dəfə idi oxuyurdum. Aşağı bal verməyim də sadəcə olaraq köhnə zamanın yaşayış tərzinə əsəbləşməyimdən ola bilər. :) Əsəbləşdiyim çox nüans kitabdan uzaqlaşmağıma səbəb olsa da, yazıçının qələmi kitabı sonadək oxutdarmağa vadar edirdi.
Fəlatun Bəy və Rakım Əfəndi
Fəlatun Bəy və Rakım ƏfəndiAhmet Mithat Efendi · Teas Press · 022,9bin okunma
Reklam
180 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Halef, Selefi Geçmiş :')
Hüseyin Rahmi Gürpınar’ın selefi olarak Ahmet Mithat Efendi’nin Pîr’liğini yaptığı bu gelenek, bilmem övgüye ihtiyaç duyar mıdır? Zira ehli için işaret, malumatın kendisidir. Öyleyse biz de, mübalağa etmekten edebiyata sığınarak; tarif ve tavsiyemize başlayalım. “İstedik ki tetkikimizin dili, eserin lisanını aksettirsin. Böylece kıraat ehli,
Felâtun Bey ile Râkım Efendi
Felâtun Bey ile Râkım EfendiAhmet Mithat Efendi · Türkiye İş Bankası Kültür Yayınları · 202322,9bin okunma
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Ahmet Mithat Efendi en sevdiğim yazarlardandır ama kendisini okumak sadece bu kitapta nasip oldu. Umarım daha fazla eserini de okuyacağım. Bu kitap bilindiği üzere yanlış batılılaşmayı çok güzel bir şekilde eleştiriyor ve bunu yaparken gerçekten ortaya kaliteli bir iş koyuyor. Kitapta bulunan Felatun Bey tembellik, israf, savurganlık terimlerini temsil ederken Rakım Efendi çalışkanlık, tutumluluk, güzel ahlak gibi terimleri temsil ediyor. İki karakter de birbirlerinin tam zıttı. Rakım Efendi bir yazar. Kalemini her alanda oynatıyor. Şiir de yazıyor, roman da. Alaturka bir kişilik ve bulunduğu ortamlarda Alafranga olmaya çalışıyor. Felatun Bey de tamamen Alafranga bir karakter. Rakım Efendi ve Felatun Bey'in çakıştıkları konular sayesinde Alafrangayı, batıyı, yanlış batılılaşmayı enfes bir şekilde eleştiriyor kitap. Kitapta en beğendiğim kısım Ahmet Mithat'ın inanılmaz samimi bir şekilde kitaba dahil olması. Sanki olaylar yaşanırken görünmeyen birisi olarak olaylara tamamen şahit oluyor. Kitapta güzel imalarda, göndermelerde bulunuyor. Ani çıkışları beni bazen güldürdü. Tabi kitabın bu özelliği herkesin hoşuna gidemeyebilir. Okuduğum en güzel Tanzimat Edebiyatı eserlerindendi.
Felâtun Bey ile Râkım Efendi
Felâtun Bey ile Râkım EfendiAhmet Mithat Efendi · Türkiye İş Bankası Kültür Yayınları · 202322,9bin okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.