Tahmini Okuma Süresi:
13 sa. 53 dk.
Sayfa Sayısı:
490
Basım Tarihi:
2002
Yayınevi:
Adiloğlu Nəşriyyat
ISBN:
9780302568974
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yazar Hakkında

Ağayar ŞükürovYazar · 1 kitap
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri, Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, professor. Həyatı Ağayar Şükürov 25 mart 1946-cı ildə Biləsuvar rayonunun (keçmiş Puşkin) Əmənkənd kəndində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə 1963-cü ildə bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin fakültəni bitirmişdir. 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında oxumuşdur. 1975-ci ildə fəlsəfə elmləri namizədi, 1989-cu ildə isə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 1990-cı ildən Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Əsasən fəlsəfə və din tarixi, mifologiya, mədəniyyət və ekoloji problemlərin tədqiqi ilə məşğul olmuşdur. Onun 30-a qədər kitabı, 330-dən artıq elmi məqaləsi çapdan çıxmışdır. O, 2 elmlər doktoru, 25 elmlər namizədi yetişdirmişdir. 4 mart 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir. 2008-ci ildə vəfat etmişdir.