Spoilər var!!!
Bu vaxta kimi heç bir yazarın həyatı mənə marağlı olmayıb. Nə Dostoyevskinin, Nə Tolstoy, nə də Hüqonun bir sözlə heçkimin. Frida Kahlonun kitablarından oxumaq istəyirdim ama öncə Onu tanımaq istəyirdim, Onun həyatı mənə çox marağlı gəlirdi, Və Oxudum. Kitab məni gah ağlatdı gah düşündürdü, Fridanın həyatı, yaşadığları təssəffürümüzə gətirə bilməyəcəyimiz qədər dəhşətlidir bəli Dəhşət! Hindistanlıların adəti olan Ölünü yandırmalarına çox qəribə baxıram o qədər əziyyət çəkmiş Şəxsi bari yandırmayaydız deyə kədərlənmiştim, zatən bədənin də salamat yeri yox idi, ama hər şeyə rəğmən, Frida Kahlo bütün yaşadığlarına rəğmən həyatda qalmağı bacarırdı bədəninin bir çox hissəsini itirsədə ruhu salamat qalmağı bacardı.Adi birşeydə hərşeydən əlimiz soyuyur bir anda intiharı belə düşünürük, Bədənin bir neçə hissəsini itirməsinə, dünyaya gəlməmiş 3 övlad itirməsinə, Ərinin ona xəyanət etməsinə, bacısı ilə də ilişkisinin olmasına baxmayaraq hələdə həyat eşqi ilə coşub-daşırdı. Rəsm çəkməyi buraxmırdı. Kitab başdan sona qədər hüzünlü və dəhşətlidir. Onun Mehriban, gözəl qəlbli olmasını Ərinin xəyanətlərinə baxmayaraq onu dəlicəsinə sevməsi və öləcəyini bilərkən belə bir tək Ərini düşünməsi idi, Onu buraxıb getmək istəmirdi. Səni indi daha çox sevdim Frida.