Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İtkin Gəlin 2. Kitab

Əfsanəsiz İllər

Alibala Hacızade

Əfsanəsiz İllər Sözleri ve Alıntıları

Əfsanəsiz İllər sözleri ve alıntılarını, Əfsanəsiz İllər kitap alıntılarını, Əfsanəsiz İllər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ailede semimiyyet, sedaqet, menevi temizlik böyük nemetdi.
Adama düşmən kimi ətraflı və dəqiq qiymət verən ikinci şəxs çətin tapılar.
Sayfa 179Kitabı okudu
Reklam
Semimiyyet olmayan yerde mehebbet yaşaya bilmir. Semimiyyet mehebbete inam, qol-qanad verir, onu böyüdür, ülvileşdirir.
Sayfa 228Kitabı okudu
İnsan yaşayır ki, onun dünyaya gəlib-getməyi bilinsin. Öz işi ilə, əməlləriylə adını dünyanın, vətənin yaddaşına həkk eləsin. İnsan elə yaşamalıdır ki, ölüb gedəndən sonra da onu unuda bilməsinlər.
...Qelbinde, içinde yene o namelum, haradan axıb geldiyi bilinmeyen o qeribe işığın oduna isinir, nagüman, qorxuqarışıq bir sevincin esrarengiz gözelliyini duyurdu.
-Çox sağol, Əbi. Məni heç kəs hələ belə sevməyib, çətin də ki, sevən olsun. Doğrudur, bu, gizli məhəbbətdir, oğrun məhəbbətdi, amma gözəl məhəbbətdir, Əbi. Qorxulu məhəbbətdir, Əbi. Qorxulu məhəbbətdir, ölümlü məhəbbətdir, ancaq şirin məhəbbətdir, Əbi.
Sayfa 225Kitabı okudu
Reklam
Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə...
Sayfa 220Kitabı okudu
Deyirler, vaxtsiz-vedesiz mehebbet oda benzer, hara düşse, yandırıb kül eder.
Sayfa 253Kitabı okudu
İnsan gərək xoşbəxtliyini tapanda çalışsın ki, itirməsin onu. İtirdinmi, sonra ayağına dəmir çarıq geysən də, əlinə dəmir əsa alıb dünyanı dolaşsan da, çətin taparsan, oğul. Ola bilər, tapasan da! Ancaq daha o xoşbəxtlik deyil, onun külüdür, kölgəsidir.
İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə bilərək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər- əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.
Sayfa 341Kitabı okudu
46 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.