Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İtkin Gəlin 2. Kitab

Əfsanəsiz İllər

Alibala Hacızade

Əfsanəsiz İllər Sözleri ve Alıntıları

Əfsanəsiz İllər sözleri ve alıntılarını, Əfsanəsiz İllər kitap alıntılarını, Əfsanəsiz İllər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əsl məhəbbət insan ömrünə bircə dəfə gəlir, yalnız bircə dəfə! Gəlir, ya yaşadır, güldürür, xoşbəxt edir, dünyanı, insanları gözündə gözəlləşdirir, ucaldır səni, ya məhv edir, uçurur, dağıdır, yandırır, rüsvay edir, alçaldır səni! Gəlir, bəzən vaxtlı gəlir, vədəsində gəlir! Gəlir, bəzən vaxtsız gəlir, vədəsiz gəlir!
Sayfa 182Kitabı okudu
Kişi gərək faydalı bir iş üstündə ölsün, heçin-puçun üstündə yox. İnsan həyatı bax sənin bu dostunun əlindəki tapançanın gülləsinə bənzər; o güllə ömründə bircə kərə atılar, onu ikinci dəfə ata bilməzsən, ağa. Əgər o hədəfə dəyirsə, demək onun güllə həyatı hədər getmir, boşa çıxırsa, demək ömrü də puç olur. İnsan da belədir, ağa. O da bu güllə kimi bir dəfə yaşayır, bir dəfə ölür. İnsanın yaşamağını demirəm- bu, hamıya məlumdur- onun gərək ölümü də mənalı olsun, gözəl olsun. Yersiz, məqsədsiz ölümlər, boş yerə atılmış güllələrə bənzəyir, ağa.
Reklam
Mehebbetsiz, sevmeden, kiminlese ömür sürmek dehşetdir.
Sayfa 339Kitabı okudu
Qadın incə, zərif məxluqdur, onlarda hiss, ürək, ağıldan üstün olur çox vaxt! Şirin sözə, yağlı vədə tez aldanır qadın. Güclü məhəbbət qarşısında isə, bütün varlığı dəmirdən yoğrulmuş, sərt, ürəyidaş qadın belə gün altına qoyulmuş buz kimi əriyib suya dönə bilər!
Sayfa 107Kitabı okudu
-Yox, ölüm bir həqiqətdir. Dünyada yaşamaq həqiqət olduğu kimi, ölüm də həqiqətdir. Dünyada hər şey- var-dövlət də, övlad da, dostluq da, sədaqət də əfsanədir. Onların heç birində etibar yoxdur, min bir üzü var hamısının, min bir də ürəyi. Amma ölümün bir üzü var- ölümdü o, daha başqa bir şey deyil.
Sayfa 338Kitabı okudu
Reklam
Dünyada bədbəxt qadın yoxdur, ağılsız, tədbirsiz qadın var!
Sayfa 185Kitabı okudu
Sənin vəfan bu imiş, ay mənim arzusu gözündə qalanım, arzumu gözümdə qoyanım?
Sənsiz bu dünyada yaşamaq çətin; Bu qəmli dünyada nə yaxşı varsan!
Reklam
Adama düşmən kimi ətraflı və dəqiq qiymət verən ikinci şəxs çətin tapılar.
Sayfa 179Kitabı okudu
Semimiyyet olmayan yerde mehebbet yaşaya bilmir. Semimiyyet mehebbete inam, qol-qanad verir, onu böyüdür, ülvileşdirir.
Sayfa 228Kitabı okudu
Deyirler, vaxtsiz-vedesiz mehebbet oda benzer, hara düşse, yandırıb kül eder.
Sayfa 253Kitabı okudu
İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə bilərək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər- əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.
Sayfa 341Kitabı okudu
Görünür, bütün gözəl qadınlar kimi, Dünya da əzab verməyi xoşlayırdı.
Sayfa 221Kitabı okudu
46 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.