Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İtkin Gəlin 2. Kitab

Əfsanəsiz İllər

Alibala Hacızade

Əfsanəsiz İllər Sözleri ve Alıntıları

Əfsanəsiz İllər sözleri ve alıntılarını, Əfsanəsiz İllər kitap alıntılarını, Əfsanəsiz İllər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ən ağıllı adamlar belə dünyanın, həyatın əlaqəli, əlaqəsiz hadisələr axışına düşəndən sonra, sabah, beş gün, hətta beş il sonra başına nə gələcəyini görə bilməz, təsəvvür edə bilməz- bu, insan idrakının imkanları hüdudundan çox kənarda olan bir şeydir.
Sayfa 145Kitabı okudu
Kişi qadının nəzərində ucalmaq istəyirsə, enməyi bacarmalıdır, onun saçlarından öpmək istəyirsə, əvvəlcə ayaqlarının altına düşməyi bacarmalıdır.
Sayfa 230Kitabı okudu
Reklam
Əsl məhəbbət insan ömrünə bircə dəfə gəlir, yalnız bircə dəfə! Gəlir, ya yaşadır, güldürür, xoşbəxt edir, dünyanı, insanları gözündə gözəlləşdirir, ucaldır səni. Ya məhv edir, uçurur, dağıdır, yandırır, rüsvay edir, alçaldır səni! Gəlir, bəzən vaxtlı gəlir, vədəsində gəlir! Gəlir, bəzən vaxtsız gəlir, vədəsiz gəlir!..
Düşünürdü ki, dünyada bədbəxt qadın yoxdur, ağılsız, tədbirsiz qadın var! Yalnız ağılsız və tədbirsiz qadınlar bədbəxt olurlar, bunun da günahı onların özündədir.
Sayfa 185Kitabı okudu
"Gerçek aşk insan ömrüne bir kez gelir, yalnız bir kez..."
O acı sözlərini də bağrıma basıb, şirin söz kimi unudaram.
Reklam
Adlayıb dağları, keçib dənizi Yanına gələrəm "gəl" desən mənə...
Qanlı taxt-taclar
Bəli, hər ikisinin ən müqəddəs arzusu bu vətənin, bu torpağın, bu xalqın səadətə çıxması uğrunda aparılan mübarizənin uğurla nəticələnməsi idi. Bu yolda hətta ölüm qorxusu da onların gözünə görünmürdü. Bəbir cavan idi, hələ taxt-tacın qan üstündə dayandığını, insan sümüklərinə söykəndiyini nəzəri cəhətdən çox yaxşı bilsə də, əmələn görməmişdi, təsəvvür eləmirdi.....
Deyirlər, vaxtsız vədəsiz məhəbbət oda bənzər, hara düşsə, yandırıb kül edər.
Sayfa 253Kitabı okudu
Əsl məhəbbət insan ömrünə bircə dəfə gelir, yalnız bircə dəfə!
46 öğeden 31 ile 40 arasındakiler gösteriliyor.