Fətəli Fəthi

Çingiz Hüseynov
Tahmini Okuma Süresi:
20 sa. 7 dk.
Sayfa Sayısı:
710
Basım Tarihi:
1986
Yayınevi:
Yazıçı Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yazar Hakkında

Çingiz HüseynovYazar · 2 kitap
Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Bədii tərcümə ilə də ciddi məşğul olur. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə olmuşdur.