Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır.
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Bədii tərcümə ilə də ciddi məşğul olur. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə olmuşdur.
Hə, çitə bənzəyir bu ərazi ki, qoynu al-əlvan çiçəklər məskənidir və bu əsl Gülüstandır, insafsız dərzi qayçısı ilə kəsilib çarın onsuz da ala-bula olan köynəyinə yamaq-yamaq tikildi və hər tikənin, hər yamağın üstündə xanlıq adı yazılmışdır.