Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gözəgörünməz Əl

A. Ralph Epperson

Sözler ve Alıntılar

Tümünü Gör
Kommunizm yoxsulların "qiyamı" deyil, varlıların sui-qəsdidir.
Sayfa 115Kitabı okudu
1 May bu gün də bütün dünyanın kommunistləri tərəfindən bayram kimi qeyd edilir. Hərçənd onlar 1 Mayın, 1905-ci ilin həmin günü Rusiyada inqilab başlandığı üçün qeyd olunduğunu bildirirlər. Lakin bunun İllumunat cəmiyyətinin yaradılması - 1776-cı il 1 May tarixi ilə üst-üstə düşməsi heç də təsadüf deyil.
Reklam
Narazılıqların meydana çıxaranların məqsədi də məhz total hakimiyyət idi.
Yetkin kommunizm bütün insanlıq üzərində tam nəzarət deməkdir. Xalqın səylərinin hamısı dövlətə məxsusdur və əgər zəhmətkeş istehsal etmirsə, onu aclıqla yavaş-yavaş tabeçiliyə və ya ölümə çatdıracaqlar.
Müharibə əksər cəmiyyətlərdə əsas təşkiledici qüvvə kimi çıxış edir. Müharibənin mümkünlüyü istənilən hökumətə özünün zəruriliyi hissini möhkəmləndirməyə kömək edir ki, bunsuz heç bir hökümət uzun müddət hakimiyyətdə qala bilməz. Tarixi məlumatlar bir sıra nümunələr göstərir ki, rejimin hərbi təhlükənin həqiqətə uyğun olduğu görüntüsünü saxlaya bilməməsi onun dağılmasına gətirir. Müharibə ümumi darıxdırıcılığı dağıtmaq üçün ümumi sosial çarədir...
Sayfa 383Kitabı okudu
Yeganə işəgötürənin Dövlət olduğu ölkədə Dövlətə müxalifətdə olmaq, aclıqdan yavaş-yavaş ölmək deməkdir. Qədim "işləməyən dişləməz" prinsipi yenisi ilə əvəz olunub: Tabe olmayan dişləməz.
Reklam
Demokratiyada hökumətin qərar qəbul etməsində əsl qüvvənin özləri olduğuna insanların inanması əsas şərtdir; gerçəklikdə isə yuxarıda demək olar həmişə qərar qəbul edən dar dairə var. Buna görə tarix boyunca yeganə real idarəetmə forması oliqarxiya - azlığın idarəçiliyi olub.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.