Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələri

Gülüstan Prospekti

Behnaz Zarrabizade

Gülüstan Prospekti Sözleri ve Alıntıları

Gülüstan Prospekti sözleri ve alıntılarını, Gülüstan Prospekti kitap alıntılarını, Gülüstan Prospekti en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Yalnız nəfsinin tikanlı məftillərində ilişib qalmayan adam düşmənin tikanlı məftillərindən keçə bilər"!
Sayfa 37 - Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələriKitabı okudu
Vicdan yeganə məhkəmədir ki, orada hakimə ehtiyac yoxdur
° Çox söz danışırlar. Çox qorxmazdır, "Hüseyn köməkçiləri" kəşfiyyatı üçün böyük qüvvədir. Allah onu qorusun!" Anam mənə baxıb təəccüblə dedi: "Bizə komandir olduğunu demədilər; nə özü, nə anası". Mahmud dayı dedi: "Əli ağa ixlaslı adamdır. Vəcihə xanım, əgər kürəkənin olsa, bəxtin gətirib. Ən əsası odur ki, yalançı və riyakar deyil; nə Allaha yalan deyər, nə də bəndəyə. Bizimlə danışanda əvvəlcə İmam Əlidən (ə) nəql olunan bu hədisi deyir: "Vicdan yeganə məhkəmədir ki, orada hakimə ehtiyac yoxdur". Mahmud dayı çox ciddi şəkildə dedi: "Amma bacı can, bir söz deyim, Əli ağa özünü cəbhəyə vəqf edib, yaxşı fikirləş. Evlənən kimi şəhərə qayıdıb evinə-ailəsinə yapışan adamlardan deyil".
Reklam
Bunlar hər şeydən dəyərlidir.
° Maşallah, Əli ağa yaxşı, pak və mömin gəncdir. Müharibənin ilk günündən cəbhədə olması bizə kifayətdir. Mən qızımı fəxrlə ona tapşıraram. Əli ağa dindar, cəsur və qeyrətli oğlandır, inqilabçı və hizbullahçıdır. Bunlar hər şeydən dəyərlidir.
Çox arzu etməyin, çünki ölüm sizin arzularınıza gülür
° Bu şəkillərə baxıram ki, yorulmuşamsa, şəhid Qaragözlünü xatırlayım. O, gecələr yatmaq və istirahət etmək yerinə gecə namazı qılıb Aşura ziyarətnaməsi oxuyur, zar-zar ağlayırdı. Bunlara baxıram ki, nə vaxtsa ev və ailə arzusunda olsam, Museyibin bu sözlərini xatırlayım: "Çox arzu etməyin, çünki ölüm sizin arzularınıza gülür". Yadında olsun ki, bu gün arzu və söz zamanı deyil, əməl vaxtıdır.
Sayfa 189Kitabı okudu
Bir gün mərdlə yaşamaq yüz il namərdlə yaşamaqdan üstündür!
° - Vallah, eybi yoxdur. İki qolu və iki ayağı da kəsilsə, eybi yoxdur. Siz yalnız deyin ki, Əli ağa sağdır.
Sayfa 198Kitabı okudu
– Həyat da dəniz kimidir. Dənizin suyu bir yerdə qalsa, iylənər. Dəniz kimi hərəkətdə olmaq lazımdır. Hərəkətin də çətinliyi var.
Sayfa 107Kitabı okudu
Reklam
ölümlə məsafəmiz bir saniyədir...
Bir neçə dəqiqə belə sükutla keçdi. Nəhayət, o başladı. – Bismillahir-Rəhmanir-Rəhim. Adım Əli Çitsaziandır. Mən Bəsic üzvüyəm, imamın xəttinin ardıcılıyam, ölümlə məsafəm bir saniyədir. Dua edin ki, mənə şəhidlik qismət olsun. Hər an şəhid ola, yaralana və ya əsir düşə bilərəm. Çox vaxt aylarla Həmədana gəlmirəm.
Şəklin altından qırmızı xətlə onun bir cümləsi yazılmışdı:
¶¶ "Yalnız nəfsinin tikanlı məftillərində ilişib qalmayan adam düşmənin tikanlı məftillərindən keçə bilər". ¶¶
“Bu, gənclik çağında böyük ilahi şəxsiyyətlərin məqamına nail olmuş, həm yerdə, həm də ruhani aləmdə ucalmış bir insanın cihad və ixlas dolu həyat hekayəsidir. Mübarək olsun! Onun qısa həyatının yoldaşı olmuş rəvayətçi də öz məsum hekayəsində sədaqət, səmimiyyət və ixlasını aydın şəkildə göstərmişdir. Bu arada xatırlatmaq lazımdır ki, yazıçının sənətkar qələmi bütün bunları məharətlə və incəliklə təsvir etmişdir. Hər iki xanıma – hekayəçi və yazıçıya afərin! Seyid Əli Xamenei
Sayfa 261 - Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələriKitabı okudu
... bu dünya nə qədər çox çəksə də, bir gün bitəcək. Bir gün hamımız öləcəyik. Lakin şəhadət fürsəti bu bir neçə gündədir. Sonra üzüqibləyə oturdu. Əllərini yuxarı qaldırdı və yalvararaq dedi: "İlahi! Özün bütün bəndələrinin ehtiyacından xəbərdarsan...
Sayfa 182Kitabı okudu
Reklam
¶¶ Bu saatlardan o qədər olacaq, biz olmayacağıq. Nə qədər bacarırsan, könül al! ¶¶ ( Qolu boş idi. Soruşdum ki, saatın hanı?Çox etinasızlıqla dedi: "Uşaqların birinin xoşu gəldi, baxmaq üçün aldı, mən də dedim ki, sənin olsun". Hirslənib dedim: "Əli, o bizim əqd mərasimimizin hədiyyəsi idi. Məkkə təbərrükü idi. Atam onu çox həvəslə kürəkəninə almışdı. Orijinal rado idi")
Sayfa 131Kitabı okudu
İslam xidmətçisi Əli Çitsazian:
~ Cəmiyyətdə gözəl əxlaq birinci sözü deyir. Əgər biz gözəl əxlaq üzərində yaxşı işləsək, cəmiyyətimiz ideal olar. Əgər bir İslam cəmiyyətində insanların əxlaqı yaxşı olsa, ideal cəmiyyət qurular. ~
"Zəhra xanım, bağışlayın. Həmədanda olanda yaxşı olar ki, yan-yana getməyək; hansısa şəhidin anası, həyat yoldaşı və ya övladı bizi görər və ürəyi sıxılar"
Ləyaqət lazımdır...
Gülümsəyib dedi: "Zəhra xanım! Nə yaxşı! Biz Əhli-beytə (ə) və həzrət Zəhraya (ə) aşiqik. Onların mübarək adlarını çəkmək üçün də ləyaqət lazımdır".
31 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.