Heç Nədən

Anthony Adeane
Qudmundur və Geyrfinnurun itkin düşməsi hekayəsini hər bir islandiyalı bilir. 1974-cü ildə bu iki şəxs bir-biri ilə əlaqəsi olmayan naməlum hadisələr nəticəsində itkin düşdülər. Sonra altı nəfər şübhəli qatil və altı hökm meydana çıxdı. Onilliklər ötəndən sonra onlar da tədricən yox olacaqdılar. Entoni Adin 45 il ərzində İslandiyanı təqib edən, qəribə uydurma əhvalata bənzəyən həqiqi cinayət hadisəsi barədə danışır. O, cinayət işinin təfərrüatları ilə yanaşı İslandiyanın füsunkar mənzərəsini də təsvir edir. Kitabda ölkənin tarixi, landşaftı, qanunları, kütləvi informasiya vasitələri, daxili siyasəti və geosiyasi əhəmiyyəti geniş əksini tapıb. Əsərdə İkinci Dünya müharibəsi, “treska müharibələri”, “soyuq müharibə”, 2008-ci ilin qlobal iqtisadi böhranı və digər dövrlərdə İslandiyanın tam mənzərəsi yaradılır. Yazıçı cinayət işinin təhqiqatı ilə yaxından tanışlıq imkanı əldə edəndən sonra səylə işləyib, yol verilən səhvləri və məhv olmuş həyatları üzə çıxarıb, cavabsız qalan sualları və hələ də dərc edilməkdə olan xəbər başlıqlarını araşdırıb. “Heç nədən” ədalət məhkəməsinin nöqsanları barədə şok açıqlamadır, cəmiyyətin bir faciənin prizmasından görünən portretidir, bir cinayət hadisəsinin müəmmalarla dolu maraqlı hekayəsidir.
Author:
Anthony Adeane
Anthony Adeane
Translator:
Zümrüd Hüseynova
Zümrüd Hüseynova
Editor:
Əyyub Qiyas
Əyyub Qiyas
Estimated Reading Time: 9 hrs. 38 min.Page Number: 340Publisher: Teas Press NəşriyyatıOriginal Title: Out of Thin Air
ISBN: 9789952532746Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.