Heç Nədən

Anthony Adeane

Heç Nədən Posts

You can find Heç Nədən books, Heç Nədən quotes and quotes, Heç Nədən authors, Heç Nədən reviews and reviews on 1000Kitap.
İslandiya şairləri
İslandiyada belə bir ifadə işlədilir: "Ad ganga med bok I maganum". Mənası belədir: "Hər kəsin qarnında bir kitab var"
Sayfa 14 - TEAS PressKitabı okuyor
Səmanı göstərib dedi: "Bu bir həqiqətdir! Həqiqətdir!"
Sayfa 315 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Reklam
"Bu uşağı görmək necə də əzab verir. Bilmirəm, bəlkə, heç vaxt o şəkildəki uşağın özüm olduğunu dərk etməyəcəyəm. O, həmişə yad kimi qalacaq."
Sayfa 312 - TEAS Press Nəşriyyat EviKitabı okudu
"Mən burada qalmağa məhkumam, çünki mən bu torpağın bir parçasıyam. Lakin eyni zamanda da qaçmaq, uzaqlaşmaq istəyirəm."
Sayfa 312 - TEAS Press Nəşriyyat EviKitabı okudu
2012-ci ilin yayında baş vermiş maraqlı insident öz qəribəliyi ilə yadda qalıb. Ölkənin cənubunda Eldqya karxanasına ekskursiyaya çıxan turist qadın qəflətən itkin düşüb. 50 nəfər peşəkar xilasedicidən ibarət komanda ətrafı ələk-vələk edəndən sonra gecə saat 3-də xəbər tutublar ki, bütün bu müddət ərzində həmin qadın onların yanında olub və bu axtarışların onun üçün təşkil olunduğunu bilməyib.
Sayfa 309 - TEAS Press Nəşriyyat EviKitabı okudu
1990-cı illərdə "The Sugarcubes" və "Sigur Ros" kimi qrupların uğuru xaricilərin gözündə İslandiyanın imicini dəyişdi. "The Sugarcubes" in vokalçısı Byörk solo karyerasına başlayıb qlobal meqastara çevriləndə İslandiyanın nüfuzu daha da artdı. Byörkün qalxıb-enən gözlənilməz səs diapazonu İslandiyanın bir tərəfdə sükuta qərq olmuş, digər tərəfdə isə guruldayan mənzərəsini xatırladırdı.
Sayfa 307 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Reklam
"Adamlar baş vermiş hadisədən xəbərdar olduqlarını düşünür və şayiələrdən nəticə çıxarmaqdan usanmırlar. İctimaiyyət "fəaliyyət" görmək istəyir. Cinayətkar axtarılır. Kütlə cinayətkarı tələb edir. Adamın səbəbsiz tutulmağının, günahı sübut olunmadan asılmağının əhəmiyyəti yoxdur. Cinayətkar tapılmalıdır, əgər tapılmırsa, o zaman onu uydurmaq lazımdır. Bu tələb yerinə yetirilməlidir."
Sayfa 296 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Gündəliyindən bir parçanı ucadan oxuyur. Səsində kinayə hiss olunur. Gəncliyində yazdığı sözləri indi özü məsxərəyə qoyur. Əlbəttə, bu da bir özünümüdafiə üsuludur, çünki onun üçün həmin parçaları oxumaq, həqiqətən də, ağrılıdır.
Sayfa 278 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Maraqlı paraqraf idi :
Təcrübə Kanadanın MakGill Universiteti tələbələri üzərində aparılıb. Şou və Porter tələbələrin valideynlərindən onlar barədə ətraflı məlumat toplayıb, sonra tələbələrlə uşaqlıqda baş vermiş real hadisələr haqqında söhbət ediblər. Söhbət əsnasında psixoloqlar ehtiyatla gəncləri yeniyetmə vaxtı törətdikləri cinayəti xatırlamağa sövq ediblər. Tələbələrin 70 faizi heç bir təzyiq altında qalmadan oğurluq, hücum, hətta silahlı hücum kimi hadisələrdə iştirak etdiyini könüllü etiraf edib. Onlar ətraflı şəkildə etiraf edərək, hər sual veriləndə öz saxta xatirələrinə daha bir yeni detal artırıblar. Onlara mötəbər bir mənbədən israrlı təklif kifayət edib. Çox keçmədən tələbələr heç vaxt baş verməyən bir cinayəti təfərrüatı ilə təsvir etməyə başlayıblar. İfadələr heyranlıqla yanaşı, narahatlıq da doğurub. Bu təcrübələr göstərir ki, kimliyimizin böyük hissəsini formalaşdıran yaddaşımız asanlıqla aldana bilər: biz bu cür hərəkətlərə qadir olmadığımızı düşünürdük, amma indi onları etdiyimizə inanmağa çalışırıq, deməli, biz toplamağa çalışdığımız uzaq xatirənin təsiri altında dəyişə bilən həssas varlıqlarıq.
Sayfa 251 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Etiraflar o qədər inandırıcı olur ki, hətta onların ǝksini təsdiq edən ən tutarlı əşyayi-dəlil belə məhkəməni fikrindən döndərə bilmir. 1666-cı ildə Londonda "Böyük yanğın"dan bir neçə gün sonra Rober Uber adlı saatsaz israrla yanğın törədildiyini etiraf etmişdi. O, çörəkxana pəncərəsindən içəri yanan kürə atdığını iddia edirdi. Onun etirafının yalan olduğunu üç fakt təsdiqləyirdi: birincisi, o çox zəif idi və kürəni atmağa gücü çatmazdı; ikincisi, çörəkxananın pəncǝrǝsi yox idi; üçüncüsü, yanğın başlayanda o, Şimal dənizində gəmidə olmuşdu. Lakin o, sadəcə, öz etirafı əsasında edam olundu.
Sayfa 249 - TEAS Press Nəşriyyat EviKitabı okudu
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.