Heyvan Respublikası

George Orwell

Heyvan Respublikası Yorumları ve İncelemeleri

Heyvan Respublikası yorumları ve incelemelerini, Heyvan Respublikası kitabı hakkındaki okur görüşlerini , Heyvan Respublikası puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.510 üzerinden
60,1bin Kişi · 7810 İnceleme
184 syf.
7/10 puan verdi
·
8 günde okudu
Təəssüf edirəm ki, bir çox insan kimi mən də bu kitaba "BİZİ ANLATIYOORRR" qışqırıqlarını eşitdikdən sonra başladım. Kitab 'okuru'sansa çox halda birdən çox kitab platformalarında olursan və istər istəməz bir çox kitablar haqqında da istər mənfi, istərsə də müsbət rəylər görürsən. Bu da kitaba ilkin obyektiv baxışının qarşısını alır.
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0248,2bin okunma
184 syf.
8/10 puan verdi
·
10 günde okudu
"Varlılar kasıbları necə istismar edirsə, insanlar da heyvanları o cür istismar edir." Əsər bu gündə öz aktuallığını itirməyib. Çünki ədalət, bərabərlik adı altında indidə bərabərsizlik, hüquqsuzluq özünü göstərir. Müəllif bunu fərqli formada, heyvanların dili ilə çatdırmaq istəyib. Nəticəsi isə çox gözəl alınıb. İşbazın həyat mübarizəsi sonda bu mübarizənin puç olması, Kapitanın yoxa çıxması , Napoleonun hakimiyyəti necə dəyişməsi və b. detallar oxucuya "respublika" adı altında Marksizmi göstərir.
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0248,2bin okunma
Reklam
184 syf.
·
Puan vermedi
Dekabr ayının ilk kitabını bitirdim. Yazardan oxuduğum ikinci kitab idi. Ümumiyətlə yazarın qələmini bəyənirəm, çox axıcıdı. Bu gün oxuyub bitirdiyim kitab isə Corc Oruellin "Heyvan respublikasi" kitabıdır. Mülkadar fermasının heyvanları üsyan qaldıraraq ferman sahibi qovurlar.Və beləliklə özləri üçün əkib-becərib,yaşamağı,azad olmağı ümid edirlər.Azad olan Heyvan fermasinda 7 Hökm qəbul edilir. 1. IKİ AYAĞI ÜSTƏ GƏZƏN NƏ VARSA DÜŞMƏNDIR. 2. DÖRD AYAĞI ÜSTƏ GƏZƏNLƏR VƏ YA QANADI OLANLAR DOSTDUR. 3. HEÇ BİR HEYVAN PALTAR GEYMƏMƏLİDİR. 4. HEÇ BİR HEYVAN ÇARPAYIDA YATMAMALIDIR 5. HEÇ BİR HEYVANALKOQOLİÇMƏMƏLİDİR. 6. HEÇ BİR HEYVAN BAŞQA BİR HEYVANI ÖLDÜRMƏMƏLİDİR. 7. BÜTÜN HEYVANLAR BƏRABƏRDİR. Lakin heyvanlara başçılıq etməyə başlayan Napoleon adlı domuz heyvanlara əmrlər verməyə, onları ağır işlər görməyə məcbur edir.Napoleon isə əlini işə vurmur,ferma sahibinin evində,taxtinda yaşayır.Zaman keçdikcə ya hökmlər dəyişdirilir,ya da unudulur.Bir müddət sonra isə Napoleon fermanı Respublika elan edir.Və təbiki başcı yenə özü olaraq qalır.Və sonları isə vəziyyət dəyişir heyvanlar bu zülmə dözəcəklər yoxsa yenidən mübarizə aparacaqlar? Bütün heyvanlar bərabərdir.Lakin bəzi heyvanlar digərlərinə nisbətən daha bərabərdir. "Varlılar kasıbları necə istismar edirsə, insanlar da heyvanları o cür istismar edir".Corc Oruell
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0248,2bin okunma
184 syf.
·
Puan vermedi
Romandan çıxardığım mühüm nəticə bu oldu ki, kütlə necə idarə edilməsindən asılı olmayaraq daim manipulyasiya ehtiyacı duyur. Çünki bu, insan xislətindən irəli gəlir: daim tabe olmalısan. İnqilabın mahiyyəti, səbəb və nəticələri əsərdə heyvanların timsalında təsvir olunur. İnqilabdan qalib çıxaraq azadlığa, rifaha can atan kütlə özü də bilmədən yeni "rəhbər"-ə tabe olur.
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0248,2bin okunma
184 syf.
9/10 puan verdi
·
Beğendi
“Varlılar kasıbları necə istismar edirsə, insanlar da heyvanları o cür istismar edir”. Corc Oruell Dəhşətlisi burasındadır ki, “Heyvan Respublikası” aktuallığını itirməyərək bu gün də dünyanın ən çox oxunan kitabları siyahısındadır. Dəyişən sadəcə sinfi adlar və sistemlərdir. Oruell bu sehrli nağılı ilə tarixçilərin, diktatorların, ictimai xadimlərin demədiyi bir çox həqiqətləri, avtoritar rejimlərin insanları necə əllərində oyuncağa çevirdiyini çatdırır. “Heyvan Respublikası” XX əsr və bəlkə də, ümumilikdə dünya ədəbiyyatının ən satirik və həcv dolu əsərlərindən biri hesab olunur. İlk nəşrindən yalnız 43 il sonra SSRİ-də nəşr olunan bu kitabda Oruell Stalin və onun siyasətinin iç üzünü açmaqla yanaşı, heyvanların qurduğu “respublika” timsalında marksizmi təhlil edirdi.
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0248,2bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.