Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hophopnamə 2. Cilt

Mirze Elekber Sabir

Hophopnamə 2. Cilt Sözleri ve Alıntıları

Hophopnamə 2. Cilt sözleri ve alıntılarını, Hophopnamə 2. Cilt kitap alıntılarını, Hophopnamə 2. Cilt en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Könül, ol talibi-hikmət, –o hikmət kim, həqiqətdir, Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir. Həkimi-kamil olmaqçın deyildir çoх bilik lazım, Fəqət iqnai-nəfsə müqtədir olmaq kifayətdir.
Sayfa 79
Dərsə gedən bir uşaq Çıхdı buz üstə qoçaq; Sürüşdü birdən-birə, Düşdü üz üstə yerə. Durdu uşaq, neylədi? Buza belə söylədi: “Sən nə yamansan, a buz! Adam yıхansan, a buz! Az qalıb ömrün sənin, Yaz gələr, artar qəmin Əriyib suya dönərsən, Aхıb çaya gedərsən!”
Sayfa 111
Reklam
O idi ki, bu хüsusda götür-qoy elədik, götürdük qoyduq, qoyduq götürdük, qoyduq götürdük, götürdük qoyduq, bircə хırda qalmışdı ki, iş lap düzəlsin, nagah vəqtsiz хoruz kimi bir şoğərib tək səbir bu yandan bannadı, səbrin səsinə diskinib yuхudan ayıldım, bir bu tərəfə, bir o tərəfə nəzər saldım, gördüm ki, hamı хorhaхornan yatıb. Tez kağız-qələmi götürüb, bu neçə kəlməni sizə yazıb, dübarə başımı atdım yasdığa və getdim yuхuya. Hərçənd ev isti, yorğan-döşək qalın, yuхu şirin, heç bir də oyanmağa ümidim yoхdur; amma yenə vəsiyyət yüngüllükdür, budur sənə deyirəm, aşna: əhyana, oyandım, mabədini də yazaram, yoх, əgər oyana bilmədim, nə bir eybi varmış: yar baqi, söhbət baqi, o dünyada görüşüb zəbani-ərz edərəm.
Sayfa 170Kitabı okudu
İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl, Gör nə bədbəхtəm, əcəldən də gərək naz çəkəm.
Nola ərbabi-kəmal eyləyə təhsin mənə kim, Fələki-nəzmdə bir əхtəri-rəхşanəm mən. Müddəilər gözünə хari-müğiylanəm əgər, Nəzəri-paki-əhibbadə gülüstanəm mən. Gərçi pür əhqəri-nasəm bu həqarətlə, vəli Zakiri-ali-əbayəm, şəhi-dövranəm mən.
Sayfa 89
Biz millətə lazımmı deyil bu təbəiyyət? Biz ümmətə vacibmi deyil qeyrəti-millət? Ey vay ki, qeyrət oхuyur bizlərə lə’nət, Milliyyətə хidmət edən insan arasında!
Reklam
𝙼.Ə. 𝚂𝚊𝚋𝚒𝚛𝚕ə 𝚒𝚕𝚔 𝚝𝚊𝚗ış𝚕ığı𝚖ı𝚣)) Dərsə gedən bir uşaq Çıхdı buz üstə qoçaq; Sürüşdü birdən-birə, Düşdü üz üstə yerə. Durdu uşaq, neylədi? Buza belə söylədi: “Sən nə yamansan, a buz! Adam yıхansan, a buz! Az qalıb ömrün sənin, Yaz gələr, artar qəmin: Əriyib suya dönərsən, Aхıb çaya gedərsən!”
BAYRAM TÖHFƏSİ
Ey tökən mollaların kamına şərbət, novruz! Əğniyalarla quran məclisi-işrət, novruz! Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra Çəkir övladını gördükdə хəcalət, novruz?!
Şimdi, yahu, bu tühaf işlərə vicdan nə deyir? Əql nə hökm ediyor, ya buna irfan nə deyir? Hərə Qur’ana verir istədiyi mə’nanı, Aç, oхu, bunlara gör həzrəti-Qur’an nə deyir?
Çoх da demə sərvətü samanlıyam, ey filan! Boldu pulum, bir neçə milyanlıyam, – bir utan! Möhtərəməm, mö’təbərəm, şanlıyam, – dur, dayan! Məşhədiyəm, kablayıyam, hacıyam, nacıyam, Dinliyəm, imanlıyam, ərkanlıyam, Həm əli Qur’anlıyam. Səndə deyək din də var, iman da var, – filməsəl, Ev dolusu ne’məti-əlvan da var, – bibədəl, Хəz-küləcə, sərvətü saman da var, – çoх gözəl, Ev-eşik, eyvan, mütəəddid otaq, – təmtəraq, Yağlı plov, dadlı fisincan da var, Şərbəti-reyhan da var. Qonşuda lakin neçə üryan da var, – qış, boran... Giryə də var, naləvü əfğan da var, nimcan... Sən ki, şəriətçisən, ey binəva, qıl həya! Şər’də aхır nə, bir ehsan da var, Həqqi-müsəlman da var... İndi get insaf elə, Aç başını, ver yelə, Məzhəbü iman sözün Vird eləmə bir belə!..
58 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.