Öz həyatını daha da gözəlləşdirməyə çalışmaq lazımdır. Mən yaşayıram və bunun üçün də müqəssir deyiləm. Ona görə də heç kəsə mane olmadan ömrün axırına kimi mümkün qədər yaxşı yaşamaq lazımdır.
Həyatda baş verən hadisələrin mənasını qeyri-ixtiyari olaraq düşünməyə başlarkən gündə bir neçə dəfə öz-özündən soruşardı: "Nədən ötrü? Niyə? Dünyada bu şeylər nə üçün olur ?"