Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası

Muhammed Reyşehri

Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası Sözleri ve Alıntıları

Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası sözleri ve alıntılarını, Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası kitap alıntılarını, Həzrət Əli İbn Əbu Talibin (ə) Ensiklopediyası en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İmam Əlinin vəsiyyətindən bir hissə.
İmam Əli (ə) məlun ibn Mülcəm tərəfindən zərbətləndikdən sonra imam Həsən (ə) və imam Hüseynə (ə) etdiyi vəsiyyətdə buyurur: “Sizə təqvalı olmağı və dünya sizi axtarsa da, sizin onun arxasınca düşməməyinizi tövsiyə edirəm. Haqqı deyin və (axirətdə) mükafat qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma arxa olun! Sizə, bütün övladlarıma, ailəmə və məktubum çatacaq hər bir kəsə təqvalı olmağı, işlərinizi qaydaya salmağı və aranızda barışıq yaratmağı vəsiyyət edirəm. Həqiqətən, mən sizin cəddinizin (s) belə buyurduğunu eşitmişəm: “(İnsanlar arasında) barışıq yaratmaq bütün namaz və oruclardan yaxşıdır”. Yetimlər barəsində Allahdan qorxun, Allahdan qorxun! Məbada onları gah ac, gah da tox saxlayasınız və sizin yanınızfa məhv olsunlar!”
Sayfa 403 - Nəhcül-bəlağə, 47-ci məktubKitabı okudu
İmam Əli (ə) Quranın dili ilə.
“Və öndə olanlar, öndə olanlar! Onlar (Allaha) yaxın olan kimsələrdir”. (Vaqiə surəsi, ayə 10-11) “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satar (canından keçər) Allah bəndələrinə qarşı çox mehribandır.” (Bəqərə surəsi, ayə 207) “Mallarını gecə və gündüz, gizlin və aşkar (yoxsullara) xərcləyənlərin Rəbbi yanında böyük mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.” (Bəqərə surəsi, ayə 274)
Reklam
Peyğəmbər (s) Əliyə (ə) xitab edərək buyurur: «تقاتل يا عليّ علي تأ ويل القرآن، كما قاتلت علي تنزيله» “Ey Əli, mən Quranın nazil olması uğrunda vuruşduğum kimi, sən də onun yozumu uğrunda vuruşacaqsan”.
Əl-Müstərşid, s. 429, hədis 142Kitabı okudu
Peyğəmbər (s): “Ey Əmmar, səni həddini aşmış təcavüzkar bir dəstə öldürəcək, həmin vaxt sən haqq olacaqsan və haqq da səninlə olacaq. Ey Əmmar ibn Yasir! Əgər Əlinin bir yolla, camaatın isə digər yolla getdiyini görsən, sən Əli ilə get. Çünki o, səni azğınlıq yoluna salmaz və doğru yoldan çıxartmaz.”
Tarixu Bağdad, c. 13, s. 187, nömrə 7165Kitabı okudu
Nauf Bikalidən belə nəql edilir: “Bir gecə Əli ibn Əbu Talibin (ə) yanında qaldım. O, bütün gecəni namaz qılır, hər saat çölə çıxıb göyə baxır və Quran oxuyurdu. Gecənin bir vaxtı mənim yanıma gəlib dedi: “Ey Nauf, oyaqsan, yoxsa yatmısan?” Dedim: “Oyağam, ey Əmirəl-möminin, səni izləyirəm”. Buyurdu: “Dünyada zahidlik edib axirətə rəğbət bəsləyənlərin xoş halına! Onlar o kəslərdirlər ki, yeri yataq, torpağı xalça, onun suyunu şərbət, Quranı və duanı geyim ediblər, dünyadan İsa ibn Məryəm (ə) kimi qırılıblar”.
Sayfa 467 - Əl-Xisal, s. 337, hədis 40Kitabı okudu
Reklam
Necə dəyərli sözlərdir.
İmam Əli (ə) buyurub: “Ən pis başçı öz rəiyyətinə zülm edən başçıdır”. “Dörd şey (hökümətə) arxa çevrilməsinə səbəb olur: qanunların pozulması, ikinci dərəcəli məsələlərdən yapışmaq, rəzillərin qabağa salınması və fəzilət sahiblərinin kənarda saxlanılması”. “Nadanlığın ən son həddi insanlarla düşmən olmaqdır”. “Haqq şəxsiyyətlərlə tanınmır. Haqqı tanı ki, onun əhlini də tanıyasan. Həmçinin batili tanı ki, onun arxasınca gedənləri tanıya biləsən”. “Əgər mən Allaha görə öldürülsəm və sonra dirilsəm, sonra yetmiş dəfə öldürülüb yenidən dirilsəm, yenə də Allaha xatir çalışmaqdan və Onun düşmənləri ilə cihad etməkdən əl çəkmərəm”.
Peyğəmbər (s) buyurub: “Ey Əli, sən də mən yaradılan ağacdan yaradılmısan. Mən onun kökü, sən gövdəsi, Həsənlə Hüseyn budaqları, bizi sevənlər isə yarpaqlarıdır. Kim o ağacın bir yerindən yapışsa, Allah-taala onu Cənnətə daxil edər”.
Uyunu əxbarir-Rza (ə), c. 2, s. 60, hədis 233Kitabı okudu