Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Həzrət Zeynəbi Kübranın (ə) Həyatı

Muhammed Kâzım el-Kazvinî

Yorumlar ve İncelemeler

Tümünü Gör
143 syf.
·
Puan vermedi
·
Beğendi
·
1 saatte okudu
Peyğəmbərin (s) nəvəsi, İmam Əli (ə) və Xanım Fatimənin (ə) qızı Xanım Zeynəbin həyatı bu kitabda çox gözəl qeyd olunub Bu kitabda bir qadının ən uca məqamını görəcəksiniz. Təəssüf ki, günümüzdə qadına təhsil, iş haqqı tanımayan, onu cəmiyyətdən, siyasətdən təcrid edən, işini ancaq mətbəxlə yekunlaşdıran, danışmaq haqqını belə əllərindən alan saxta dindarların yaşadığı dövrdə Xanım Fatimeyi-Zəhra (ə) və Xanım Zeynəbi (ə) tanımağa və tanıtdırmağa ehtiyacımız var Bu xanım öz dövrünü, dövrünün siyasətini gözəl bilir, cəmiyyətini yaxşı tanıyırdı. O, elm çeşməsindən dərsini almışdı. Nitqi insanları valeh edirdi. Aşura hadisələrindən sonra bütün həqiqətlər məhz bu Xanımın dililə insanlara aydın oldu. Dövrün zalım padşahının qarşısında qorxmadan ona qarşı çıxan, insanları qəflət yuxusundan oyadan, İmamın (ə) qanı ilə apardığı mübarizəni öz odlu-alovlu nitqi ilə yaşadan Xanım Zeynəb (ə) idi. O, başdan-ayağa elm, iman, qüdrət, cəsarət, qeyrət, ucalıqla zinətlənmişdi. İslamın belə əzəmətli xanımını sadəcə əza saxlayan biri kimi tanıtdırmaq yanlışdı. Onu daha yaxşı tanısaq, İslamın qadına necə bir ucalıq bəxş etdiyini bir daha anlayarıq
Həzrət Zeynəbi Kübranın (ə) Həyatı
Həzrət Zeynəbi Kübranın (ə) HəyatıMuhammed Kâzım el-Kazvinî · Bakı, Nurlar Nəşriyyatı · 20104 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.