Bu kitab bizlərə şeytanın yaxud şeytan deyə adlandırdığımız anlayışın nələrdən ibarət olduğunu izah edir.Əsərin ilk hissələrində hadisələr daha canlı,oxunaqlı davam edir,müəyyən hissəyə çatanda əvvəlki süjet məni o qədərdə açığı həyəcanlandırmadı,lakin sonlara yaxın insanın öz xəyalları,susqunluğu,reallığı qəbul etməməsi nəticəsində işlərin tamam dəyişməsi romanı mənə sevdirdi
Həqiqətən həyat da belə deyilmi?,tək reallıqla yaşamaq olmadığı kimi,tək xəyallarla(xülyalarla)yaşamaq olmur.Hər ikisinin harmoniyasını tapa bilmək,ən azından cəhd etmək,öyrənmək lazımdır.
Danışmaq lazım olduqda susduğumuz,susmağımız lazım olanda danışdığımız üçün,yaşanan hadisələr,reallıqlar qarşısında özümüzə cavab verə bilmədiyimiz,məsuliyyət götürə bilmədiyimiz üçün itiririk bəlkədə...
Bəhanələri,aldanışları kənara qoyaraq insanın içində şeytan olmadığını,o şeytanın elə özümüz olduğunu qəbul etməliyik.İndiki halımızın səbəbkarı da,hadisələrin qəhrəmanı da şeytan yox,özümüzük...
Oxuyacaq olan hər kəsə xoş mütaliələr