Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

II Nikolay - Sonuncu Çar

Michael Peterson

II Nikolay - Sonuncu Çar Hakkında

II Nikolay - Sonuncu Çar konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
9/10
1 Kişi
3
Okunma
1
Beğeni
179
Görüntülenme

Hakkında

Rusiya tarixində ən əlamətdar hadisənin - çarizmin devrilməsinin mahiyyətini anlamaq üçün sonuncu çar II Nikolayın (1868-1918) bioqrafiyası çox mühüm mənbədir. Nikolay 26 yaşında taxta çıxıb. O, nə qədər vicdanlı, dürüst və vətəninə bağlı insan olsa da, bir o qədər də zəif, mövhumatçı və qətiyyətsiz biri idi. Zəif xarakterli birinin minbir çətinliyə və təzyiqlərə rəğmən 23 il taxtda qalması əslində möcüzə idi. Lakin bütün çatışmazlıqlarına rəğmən Nikolayın müsbət cəhətləri də az deyildi. Müasirlərindən fərqli olaraq, biz Nikolayın məşəqqətli şəxsi həyatından xəbərdarıq. Onun bəzi səhvlərini bağışlamaq bizim üçün bəlkə də elə buna görə asandır. Bəzilərinin nəzərində Nikolay sadəcə bir əbləhdir, başqaları isə onu qandan doymayan bədheybət kimi təsəvvür edir. Lakin çoxlarının nəzərində o, məhdud imkanlar çərçivəsində mütərəqqi ideyaları həyata keçirməyə çalışan ədalətli hökmdar və qızıl qəlbli insan olaraq qalır. O, ailəsinə çox bağlı idi. Nikolayla Aleksandranın izdivacı sevgi üzərində qurulmuşdu. Sevgilərinə də ömürlərinin sonuna kimi sadiq qaldılar. Onların dörd qızı var idi. Nikolayın yeganə oğlu - imperiya ailəsinin və bütün Rusiyanın böyük ümid bəslədiyi uşaq irsi xəstəlik səbəbindən əlil idi. Çareviçin xəstəliyi Rusiyadan və dünyadan uzun müddət gizlədilmişdi. Məhz oğlunun sağalmaz xəstəliyə mübtəla olması fırıldaqçı Rasputinin imperiya ailəsinə ayaq açmasına şərait yaratmışdı. Bu isə Romanovlar sülaləsinin süqutunu tezləşdirdi. Bu kitabda hər şeydən - eşq-məhəbbətdən, faciədən, yüksəlişdən, süqutdan, cah-calaldan, səfalətdən, bəşər övladının acizliyindən, Rusiyanı, eləcə də bütün dünyanı silkələyən, təkcə çar üsul-idarəsini məhv etməklə kifayətlənməyib Avropa monarxiyalarının parlaq dövrünə son qoyan qlobal fəlakətdən bəhs edilir.
Tahmini Okuma Süresi: 9 sa. 11 dk.Sayfa Sayısı: 324Yayınevi: Teas Press Nəşriyyatı
ISBN: 9789952310672Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Michael Peterson
Michael PetersonYazar · 2 kitap
Asbury College’de felsefe bölümü profesörlerindendir. Din felsefesi alanında aralarında God and Evil:An Introduction to the Issues; Philosophy of Religion (Ed., et al.); With All Your Mind: A Christian Philosophy of Education isimli kitapların da yer aldığı bir çok çalışması bulunan Peterson, aynı zamanda Faith and Philosophy dergisinin de editörlüğünü yapmaktadır.