Kitabın əsas verdiyi mesaj budur ki, insanın axtardığı xoşbəxtlik çöldə deyil, öz içindədir. Sadəcə onu görə bilmək üçün sükut və düşüncə lazımdır. İnsan səhv edə-edə öyrənir; onu qınamaq yox, anlamaq gərəkdir. Əsas olan insanın niyyətinin təmizliyi və Allaha tərəf yönəlməsidir.
Bu kitab təkrar-təkrar oxunacaq bir kitabdır. Hər oxunuşda insana yeni bir fikir, yeni bir baxış qazandırır.