Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlk Sui-qəsd

İlqar Fəhmi

Sözler ve Alıntılar

Tümünü Gör
Elə bu səbəbdən də, Koroğlu Keçəl Həmzənin xətrini çox istəyir və demək olar ki, bütün gizli işləri də onunla məsləhətləşirdi. Fəqət çox yaxına da buraxmırdı, bilirdi ki, ağıllı adamlarla ehtiyatlı olmaq lazımı.
Sayfa 15 - Xan nəşriyyatıKitabı okudu
Balacaboy adamlar həmişə az işləyib, çox yeməyə meyilli olur.
Reklam
Ümumən zənən təyifəsinin ağlındakıları gərəkdi ki, kişi fikirləşməsin, hərgah fikirləşsə, başına hava gələr, çün övrətin fikrü-xəyalı pambıqdan düzəlmiş körpü kimidi ki, ayağını bərk basarsan, gurum-gurumbaz yıxılarsan içinə, daha heç kim səni dartıb çıxarda bilməz.
Alı kişinin Koroğluya ən vacib məsləhətlərindən biri də bu olmuşdu ki, ağıllı adamlardan başardığı qədər uzaq olsun. Çün ağıl elə xislətdi ki, insanın içində mehrü-vəfanı istənilən məqamda tapdalayıb keçə bilər. Bir var bilirsən ki, filankəs çox ağıllı adamdı. Deməli, ondan hər şey gözləmək olar, çünki riya-hiylə, fitnə-fəsad, fənd-fel ancaq ağlın məhsuludur. Bir də var biləsən ki, filankəs şücaətli, cəsarətli, sədaqətli adamdı, amma avamdı. Beləsini əldə saxlamaq asandı, çün hərgah hansısa bəd əməli də olsa, ağlı çatmaz ki, onu ört-basdır eləsin, altdan-altdan iş görsün. Ağlı yoxdu deyə neynəsə elə göz qabağında edəcək, hamı da biləcək.
Sonra öz hücrəsinə qalxıb pul kisəsini qızılla doldurdu. Çünki ən gizli sirləri, ən möhkəm ağızları da bu sarı dəmir parçalarının köməyilə açmaq mümkündür.
Alı kişidən Rövşənə:
"Bir var bilirsən ki filankəs çox ağıllı adamdı. Deməli, ondan hər şey gözləmək olar, çünki riya-hiylə, fitnə-fəsad, fənd-fel ancaq ağlın məhsuludur. Bir də var biləsən ki filankəs şücaətli, cəsarətli, sədaqətli adamdı, amma avamdı. Beləsini əldə saxlamaq asandı, çün hərgah hansısa bəd əməli də olsa, ağlı çatmaz ki, ört-basdır eləsin, altdan-altdan iş görsün. Ağlı yoxdu deyə, neynəsə elə göz qabağında edəcək, hamı da biləcək..."
Reklam
-Bu oyunu hindlilər fikirləşib, adı Şətrəncdi. Bax, bu taxta parçaların hərəsinin öz adı var. Bu şahdı, bu vəzirdi, bu fildi, bunlar atlardı. Qabaqlarında isə əsgərlər düzülür. Hərəsinin də öz gediş yolları var. -Bəs atın üstündə niyə heç kim yoxdur? Məgər at özbaşınadı ki?
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.