İndulgensiya

Nicat Həşimzadə
Tahmini Okuma Süresi:
2 sa. 55 dk.
Sayfa Sayısı:
103
Basım Tarihi:
2017
Yayınevi:
Kitabıstan Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Türler:

Yorumlar ve İncelemeler

Puan vermedi
Martin Lüterin dində islahatlar aparmaq fikri 1517-ci ildə, yəni Almaniyada indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) satışına başlanılması dövrünə təsadüf edir. O vaxtlar belə iddia edilirdi ki, guya bu qəbzi alan şəxs və onun yaxınları Cəhənnəm əzabından xilas ola bilər. Papa X Leonun göstərişinə əsasən, bu "alverlə" Mayns arxiyepiskopu Albrext məşğul idi. Satışdan əldə olunacaq vəsait hesabına Romadakı "Müqəddəs Pyotr" kilsəsi tikiləcəkdi. Lüter indulgensiya satışına dair etirazlarını 31 oktyabr 1517-ci ildə "Doxsan beş tezis" adı altında hazırlayaraq Vittenberq kilsəsinin divarlarından asmışdır. Bu haqda xəbər tezliklə Papaya da çatmış və Lüter izahat üçün Romaya çağırılmışdır. Lakin Saksoniya kurfürstü (nüfuzlu knyaz) Fridrixin köməyi ilə məsələyə Almaniyada baxılması qərara alınmışdır. 1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili kardinal Kaetan tərəfindən bidətçi adlandırılsa da, o, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilmişdir. Bütün bunlara baxmayaraq 1520-ci ildə Papa rəsmən Lüteri dindən çıxarmış və bununla da, onun yeni məzhəb yaratmaq işini sürətləndirmişdir. O bu dövrdə yazdığı bir çox əsərlərdə dövləti dinin caynaqlarından qurtarmaq üçün kilsə daxilində islahat aparmağın vacibliyini vurğulamışdır
İndulgensiyaNicat Həşimzadə · Kitabıstan Nəşriyyatı · 20173 okunma
Reklam