Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mən, sən, o ≠ BİZ

Nicat Həşimzadə
Xalqlar böyük şəxsiyyətləri ilə tanınır. Düzdür, ingilislərin məntiqi ilə düşünsək sivil xalqların qəhrəmana ehtiyacı olmamalıdır. İngilislər deyir ki, qəhrəmana ehtiyacı olan xalq bədbəxtdir. Məncə mübahisəli məsələdir. Həqiqətsə budur ki, belə böyük şəxsiyyətlərdən biri Mustafa Kamal Atatürkdür. Mustafa Kamal Atatürk “mümkün deyil” fəlsəfəsini tamamilə darmadağın edən bir paşadır. O insanlara böyük şəxsiyyət deyirlər ki, yüz minlərin, milyonların imkansız saydığını heç gözlənilməyən məqamda bacarır, öhdəsindən gəlir. Atatürkün ən sevdiyim sözlərindən biri budur: Başqasının torpağını işğal etmək üçün edilən savaş cinayətdir. Mustafa Kamal böyük bir qəhrəman, cəsarətli bir zabit idi. Döyüş taktikasını, hücum və müdafiə planlarını çox mükəmməl düşünən paşa idi. Fəqət biz onu sadəcə döyüşçü kimi tanımamalıyıq. Şəxsən mənim üçün Mustafa Kamal Atatürk həm də bir sənət hamisidir. Öz ölkəsinə Avropa mədəniyyətini, Qərb təfəkkürünü gətirmək istəyirdi. Əlbəttə ki, bunu etmək çox çətin idi. Əsrlərlə fanatik düşüncəyə vərdiş etmiş topluma modern təfəkkürü belə sürətlə aşılamaq sadə məsələ deyil. Atatürkdən sevdiyim daha bir möhtəşəm aforizm.
Yazar:
Nicat Həşimzadə
Nicat Həşimzadə
Tahmini Okuma Süresi: 2 sa. 43 dk.Sayfa Sayısı: 96Basım Tarihi: 2020
Dil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.