Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İsanın İncili

José Saramago

İsanın İncili Sözleri ve Alıntıları

İsanın İncili sözleri ve alıntılarını, İsanın İncili kitap alıntılarını, İsanın İncili en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
“Qəlb ağrısından acı-acı ağla, mərhuma yas saxla: ya iki, ya üç, sənin üçün kimliyindən asılı olaraq, çünki insanlar arasında belə olmalıdır, sonra isə dərdini toxtat”. Bir də deyilir: “Qəlbini kədərə tapşırma, qov onu, unutma ki, sən də vaxtında gedər-gəlməzə yollanacaqsan, heç nəylə köməyin dəyməz mərhuma, özünə isə ziyan verərsən. Gülmək hələ tezdir, lakin gülüşün də vaxtı gələcək, çünki günlər bir-birinin dalınca ötür, ilin fəsilləri öz sırasıyla gedir”.
Sayfa 173 - Qanun Nəşriyyatı, 2018Kitabı okudu
İosifin ölümü
Hər mərhumun* başı üstündə oxunulan dua: “Tanrım, insan Sənin nəyinə gərək idi, bəşər oğlunu neynirdin, axı onun həyatı ani əsən bir meh kimi qısadır, qadının doğduğu insanın ömrü kölgədən də ötəri qısadır və yalnız əzablarla doludur, o, bir çiçək kimi bitir, elə çiçək kimi də biçinçinin orağına tuş gəlib solur, heç bir iz qoymadan kölgə kimi yox olur”. İlahiyə insanın gözlənilməz əzəmətini xatırlatmaq: “Onu mələklər qarşısında nə qədər zəif yaratdığını, amma bunun müqabilində nə şöhrət verdiyini yadına sal”.
Sayfa 164 - Qanun Nəşriyyatı, 2018Kitabı okudu
Reklam
“Heç kəs bir həyatda iki dəfə ölmək həddində günahkar deyil”.
Sayfa 444 - Qanun NəşriyyatıKitabı okudu
Yuxu mənə yalnız nə haqqında düşünməli olduğumu xatırladır, indi onu hər gecə xatırlayıram və bunu bir daha unuda bilmərəm.
Sayfa 136 - Qanun NəşriyyatıKitabı okudu
“Onun yalnız on üç yaşı var, həyatı yenicə başlayır, gələcəkdə ona həm daha xoşbəxt, həm daha kədərli, həm ümid işığıyla dolu, həm çıxılmazlığın zülmətində batan həm gülməli, həm lap faciəvi saatlar nəsib olacaq...”
Sayfa 197 - Qanun Nəşriyyatı, 2018Kitabı okudu
“Dünyada öz alnına yazılan qisməti tapmaqdan çətin heç nə yoxdur”.
Sayfa 331 - Qanun Nəşriyyatı, 2018Kitabı okudu
Reklam
“İnsan elə xəmirdən yapılıb ki, onun tərkibində eyni qədər paxıllıq da var, qəzəb də, lap azacıq mərhəmət də. Bu xəmirin mayası isə qorxudur. Bu maya bütün murdar xasiyyətləri qıcqırdaraq çoxaldır, yaxşı cəhətləri isə kiçildir”.
Sayfa 336 - Qanun Nəşriyyatı, 2018Kitabı okudu
“İnsan insan oğlunun qazıdığı məzarda dəfn olunacaq, lakin özü məzarsız qalacaq”. ...bir zamanlar yer üzündə qalacaq sonuncu insanı torpağa tapşırası kimsə olmayacaq. Oğlanı (İsa) isə başqa tale gözləyir – bəşər nəsli onunla tükənməyəcək, insanlar hələ çox minilliklər doğularaq öləcək və əgər “insan insanın canavarıdır” deyimi həqiqətdirsə, onda bizim tam haqqımız var düşünək ki, insan həm də insanın cəlladı və qəbirqazanı da olacaq.
Sayfa 165 - Qanun Nəşriyyatı, 2018Kitabı okudu
Tale
“Tale həm ağzıaçıq və eyni zamanda da bağlı bir camdır – içinə baxsan, həyatda baş verənləri, keçmişləri, baş tutmuş qədəri görərsən, lakin o şeylər ki hələ olacaq, onları görmək nəsibimiz deyil: gələcək gözlərimizdən gizlənib və bizim əlimiz çatan yalnız qaranlıq ürəyədammalar, qarışıq hissiyyatlardır...
Sayfa 132 - Qanun NəşriyyatıKitabı okudu
“Amma dünyada xoşbəxt anlar, xoşbəxt saatlar da olur.”
Qanun NəşriyyatıKitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.