Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İqbalnamə

İskəndərnamə

Nizami Gəncəvi

İskəndərnamə Sözleri ve Alıntıları

İskəndərnamə sözleri ve alıntılarını, İskəndərnamə kitap alıntılarını, İskəndərnamə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Qorxma acizlərə zülm edənlərdən, Yoxsa qəm-qüssəyə batarsan hökmən.
Sayfa 116Kitabı okudu
Qardaşın qanını alma qardaşdan, Tamam ayrı şeydir çünki südlə qan.
Sayfa 115Kitabı okudu
Reklam
Qızıl toz halına gələrsə əgər, Civəylə onları cəm edər zərgər. Dağınıq qızılı mahir sənətkar, Madam ki, civəylə bir yerə yığar, Bizim də əczamız dağılsa, bir gün Onu da cəm etmək mümkündür, mümkün!
Sayfa 108 - NizamiKitabı okudu
Uca bir aləmdən gəlmiş bizə can, Yenə ora dönər, ölməz heç zaman!
Sayfa 94 - İskəndərKitabı okudu
De, nə cür ayrılsın ruh bədənimdən Qovuşum Allaha hansı yolla mən? Bilirəm, yaradan birdir dünyanı Harda tapmaq olar bəs Yaradanı? Özü gizlindədir, nişanı aşkar O bağlı qapını mənə kim açar? Hardadır, nə deyim, əgər sorsalar? Yerdəmi, göydəmi, hardadır deyin Onun varlığını isbat eyləyin! ..Cavabı belədir bunun: Bu söz həm qısadır həm də çox uzun. Özündən üzünü çevirən zaman Allahın yolunu tapmış olarsan.
Sayfa 92 - Lider nəşriyyat
Varkən bu dünyada hər cürə büsat, Behiştdə nə üçün axtaraq həyat? İnanma ki, cənnət burdan şən olsun Deyirsən yaxşıdır, sən deyən olsun. Bizə də behişte bir yer ayır sən, Sil pis naxışları düşüncəmizdən.
Sayfa 18 - Lider nəşriyyat
Reklam
Düz yolu yaxşı bir rəhbər göstərər Mən yola çıxıram, bəs hanı rəhbər? Elə bir pis vaxtda gələcək ölüm Ki, bezmiş olacaq dünyadan könlüm.
Sayfa 29 - Lider nəşriyyat
"Bilənlər padşahı olsa da yenə, Bu gənclər möhtacdır qoca fikrinə. Gənc budaqlarıyla oynarsa qabaq, Başını ucaldar bir köhnə budaq. Bilikdə birinci olsa cavanlar, Qocalar fikrinə ehtiyacı var."
Sayfa 378 - Lider Nəşriyyat, 2004Kitabı okudu
Bircə padişahdan taxt alır şövkət, Çox olsa pozulur möhkəm bir dövlət. Yüz şah olmaqdansa xoşdur bir nəfər, Yağış çox yağarsa ziyanlıq verər.
Sayfa 172 - Lider Nəşriyyat, 2004Kitabı okudu
Heç yoxdur qorxumuz yanlış sözlərdən Çünki bəhs edirik naməlum yerdən Düşünüb mən belə verirəm qərar Ki, yoxdan yaranmış bütün varlıqlar. Vardan yaratsaydı varı yaradan Əbədi qalardı mayə hər zaman Mayədən doğulmaq- yaratmaq deyil Kəndxuda başqadı, Xuda başqa bil!
Sayfa 105 - Lider nəşriyyat
117 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.